Neostiqmin-metilsulfat (Neostiqmine methylsulfate).Sin.: Prozerin ,
Poroşok halında, 15 mq dozada tablet şəklində və 0.05%- li məhlulu 1 ml-lik ampullarda buraxillir.
Güclü və dönər antixolinesteraz aktivliyə malik sintetik maddədir. Neostiqmin göz bəbəklərini daraltmaqla gözdaxili təzyiqi aşağı salır, ürək yığılmasının tezliyini azaltmaq (bradikardiya) və qan damarlarını genişləndirməklə arterial təzyiqi azaldır.
Neostiqminin təsirindən daxili orqanların (mədə-bağırsaq sisteminin, bronxların, uĢaqlığın, sidik kisəsinin) saya əzələlərinin tonusu yüksəlir, vəzilərin Ģirə ifrazı güclənir.
Neostiqminin 0,5 %-li məhlulundan göz damcısı şəklində qlaukomanın müalicəsində istifadə edilir.
Miasteniyada, beyin zədələnmələrindən sonrakı hərəki pozğunluqlarda, ifliclərdə, meningitdən, poliomielitdən, ensefalitdən və s. bu kimi hallardan sonrakı bərpa dövründə, görmə sinirinin atrofiyasında, nevritlərdə, bağırsağın və sidik kisəsinin atoniyasında, doğuş fəaliyyəti zəif olduğu hallarda daxilə (10-15 mq dozalarda, gündə 2-3 dəfə), yaxud dəri altına (0,05%-li mehlulundan 0,5- 1ml) təyin edilir.
Dostları ilə paylaş: |