Dərman formaları


Epilepsiya, Parkinson xəstəliyi, bronxial astma, Stenokardiya zamanı və ürək keçiriciliyinin pozulduğu hallarda prozerinin təyin olunması əks göstəriĢdir



Yüklə 188,74 Kb.
səhifə55/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   51   52   53   54   55   56   57   58   ...   150
derma

Epilepsiya, Parkinson xəstəliyi, bronxial astma, Stenokardiya zamanı və ürək keçiriciliyinin pozulduğu hallarda prozerinin təyin olunması əks göstəriĢdir.


Qalantamin (Galanthaminum), A siyahısına daxildir. Xədicəgülünün yerüstü hissəsində və soğanağında olan alkaloiddir. Tibbi təcrübədə Qalantaminhidrobromid (Galanthamini hydrobromidum) duzu şəklində istifadə edilir. 0,1, 0,25, 0,5 və 1%-li məhlulları 1 ml-lik ampullarda buraxılır.

Farmakoloji təsiri neostiqmində olduğu kimidir. Onda, fərqli olaraq hematoensefalik səddən yaxşı keçdiyi üçün mərkəzi sinir sisteminin funksional pozğunluğu ilə əlaqədar olan əzələ ifliclərində (serebral iflic) tətbiq edilir. Bundan başqa, əzələ distrofiyasında, nevritlər, polinevritlər, radikulitlər və radikulo nevritlərlə əlaqədar olaraq əmələ gəlmiş hissi və hərəki pozğunluqlarda, psixogen impotensiyada, miasteniyada, bağırsağın və sidik kisəsinin atoniyasında istifadə edilir.

1%-li məhlulundan 0,25-0,5 ml dəri altına təyin edilir.

Yerli qıcıqlandırıcı təsirə malik olduğu üçün göz təcrübəsində qalantamindən istifadə edilmir.

Epilepsiya, bronxial astma, stenokardiya və bradikardiya zamanı qalantaminin təyin edilməsi əks göstərişdir.

Neostiqmin ve qalantamin antidepolyarizəedici miorelak, santların (Bax: səh. 115) farmakoloji antaqonistləridir. Ona görədə bu preparatlardan, həmçinin antidepolyarizəedici miorelaksantlarla zəhərlənmə zamanı və antidepolyarize edici miorelaksantların istifadə edilməsi ilə əlaqədar olaraq
anesteziyadan sonrada davam edən miasteniyanı və tənəffüsdə yaranan tormozlanmanı aradan qaldırmaq üçün istifadə edilir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin