Dərman formaları


Xanımotu tinkturası (Tinctura Belladonnae)



Yüklə 188,74 Kb.
səhifə58/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   54   55   56   57   58   59   60   61   ...   150
derma

Xanımotu tinkturası (Tinctura Belladonnae). Qarın nahiyəsi üzvlərinin saya əzələsinin spazmı zamanı daxilə 5-10 damcı təyin edilir. Zelenin damcısının tərkibinə daxildir.

Yüksək birdəfəlik və sutkalıq dozaları müvafiq olaraq 0,5 ml (23 damcı) vo 1,5 ml-dir (70 damcı).



Xanımotunun quru ekstraktı (Extractum Belladonnae siccum). Qonur rəngli poroşok olub daxilə təyin edilir. Xanımotu tinkturası kimi istifadə olunur. Yüksək birdəfəlik dozası 100 mq, Sutkalıq dozası 300 mq-dır.

Skopolamin-hidrobromid (Scopolamini hydrobromidum). A siyahısına daxildir. Poroşok halında, 0,05 %-li məhlulu 1 ml-lik ampullarda buraxılır. 0,25-0,5 mq dozalarda daxilə (məhlullarda) və dəri altına təyin edilir. 0,25 %-li məhlulu göz damcısı şəklində işlədilir.

Platifillin hidrotartarat(Platiphyllini hydrotairtras). A siyahısına daxildir. Poroşok halında,

9.5 mq dozada tablet şəklində və 0,2 %-li məhlulu 1 ml-lik ampullarda buraxılır.

Dəri altına (0,2 %-li məhlulundan 1-2 mil) və daxilə (3-5 mq dozalarda) təyin edilir. 1%-li məhlulu göz damcısı kimi istifadə olunur. M-xolinoreseptorlara göstərdiyi təsirə görə atropin-sulfata yaxındır. Mərkəzi sinir sisteminə, xüsusilə damar- hərəkət mərkəzlərinə sakitləşdirici təsir göstərir. Preparat, həmçinin miotrop spazmolitik təsirə malikdir, yəni birbaşa daxili üzvlərin və qan damarlarının saya əzələlərinə təsir göstərməklə, onların tonusunu aşağı salır.

Platifillin-hidrotartaratdan qarın nahiyəsi üzvlərinin spazmında, mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində, bronxial astmada, həmçinin qan damarlarının spazmında (hipertoniyada, Stenokardiyada, baş beyin damarlarının spazmında) istifadə edilir. Dəniz, yaxud təyyarə xəstəliyinin müalicəsi və profilaktikası üçün istifadə olunan «Plavefin» tabletlərinin tərkibinə daxildir.



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin