Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə61/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   57   58   59   60   61   62   63   64   ...   150
derma

Qanqlioblokatorlardan əsasən hipertenziv krizlardə (arterial təzyiqin kəskin yüksəlməsi) arterial təzyiqi aşağı salmaq üçün istifadə edilir. Onlardan periferik damarların spazmında, hiperasid qastritlərdə, mədə və onikibarmaq bağırsaq xoralarında, daxili orqanların saya əzələlərinin spazmında (bağırsaq, böyrək və qaraciyər sancılarında) da istifadə olunur.

Qanqlioblokatorlar müxtəlif təsir müddətinə malikdir. Yuxarıda qeyd edilən məqsədlər üçün adətən uzunmüddətli təsirə malik olan qanlioblokatorlardan-heksametonium (Benzoheksonium), dimekolin, azametonium-bromid (Pentamin), paxikarpin və s. - istifadə edilir. Bunlar adətən tətbiq edildikdən bir neçə dəqiqə sonra təsir göstərməyə başlayır və təsirləri 2 -3 saata qədər davam edir.

Qısa təsir müddətli (10-15 dəq) qanqlioblokatorlardan- trepirium-yodid (Hiqronium), imexin - əsasən idaredilən hipotenziya məqsədilə (cərrahi əməliyyat zamanı müəyyən vaxt ərzində arterial təzyiqin aşağı salınması) istifadə edilir.



Qanqlioblokatorlardan istifadə edərkən bağırsağın və sidik kisəsinin atomiyası və ortostatik kollaps baş verə bilər (ortostatik kollaps - uzanmış vəziyyətdən oturaq vəziyyətə keçdikdə və ya ayağa durduqda xəstənin arterial təzyiqinin aşağı düşməsidir. Bunun qarşısını almaq üçün qanqlioblokator yeridildikdən sonra xəstəyə ən azı 1,5-2 saat yataqdan qalxmamaq tövsiyə olunur).

Bağırsağın və sidik kisəsinin atoniyası baş verdikdə neostiqmindən, qalantamindən və digər antilxolinesteraz maddələrdən istifadə etmək olar.

Qanqlioblokatorların tətbiqi zamanı həmçinin ümumi zəiflik, başgicəllənməsi, nəbzin tezləşməsi, ağızda quruluq və göz bəbəklərinin genişlənməsi baş verir. Bu təsirlər adətən öz-özünə keçib gedir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin