Rp.: Sol. Benzohexoni 2,5%-lml
D. t.d. N.6, in amp.
S. Gündə 2 dəfə, əzələ daxilinə 0,5 ml yeritməli. #
Rp.: Sol. Pachycarpini hydroiodidi 3%-2ml
D. t.d. N. 10 in amp.
S. Dəri altına, yaxud əzələ daxilinə 2-4 ml yeritməli.
Kurareyəbənzər maddələr
Kurare bir neçə növ Cənubi Amerika bitkisindən alınan qatı ekstraktların qarışığından ibarətdir.
Yerli əhali kuraredən ov zamanı ox zəhəri kimi istifadə edirdi.
Kurare və kurareyəbənzər dərman maddələri sinir impulslarının sinir-əzələ sinapslarından keçərək skelet əzələlərinə daxil olmasına və deməli, onların yığılmasına (təqəllüsünə) mane olur. Nəticədə skelet əzələləri boşalır. Ona görə bu maddələrə periferik təsirli miorelaksantlar da deyilir (Myos-əzələ, relaxatio - boşalma deməkdir).
Əzələlərin boşalması müəyyən ardıcıllıqla baş verir. Əksər preparatların təsirindən əvvəlcə üzün mimik əzələləri, boyun əzələləri, sonra ətrafların və gövdənin əzələləri, axırda isə tənəffüs əzələləri boşalır, tənəffüs kəsilir, asfiksiya nəticəsində ölüm baş verir. Ona görə də kurareyəbənzər dərman maddələri tətbiq edilərkən xəstə idarə olunan süni tənəffüs şəraitinə keçirilir. Bu məqsədlə xüsusi cihazlardan istifadə olunur.
Kurareyəbənzər dərman maddələri tibbi təcrübədə skelet əzələlərinin boşaldılması üçün tətbiq olunur. Bu məqsədlə onlardan cərrahi əməliyyatlar zamanı narkoztörədici maddələrlə birlikdə, çıxıqların salınmasında, sınmış sümüklərin düzləndirilməsində istifadə olunur.
Təsir mexanizminə görə kurareyəbənzər maddələr iki əsas qrupa antidepolyarizəedici və depolyarizəedici miorelaksantlara bölünür.
Antidepolyariza edici miorelaksantlara - tubokurarin-xlorid, diplasin, pipekuronium- bromid (Arduan), atrakurium (Trakrium), pankuronium-bromid (Pavulon ) və s. aiddir.
Bunlar skelet əzələlərinin n-xolinoreseptorlarını blokadaya alaraq onları asetilxolinin qıcıqlandırıcı təsirindən qoruyur. Asetilxolin n-xolinoreseptorlarla qarşılıqlı təsirdə ola bilmədiyindən əzələ liflərinin membranında (postsinaptik membranda) əzələ yığılması üçün təkan olan depolyarizasiya törədə bilmir.
Dostları ilə paylaş: |