Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə60/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   56   57   58   59   60   61   62   63   ...   150
derma

Qanqlioblokatorlar


Bu qrup dərman maddələri vegetativ qanqlionlarda yerləşən n-xolinoreseptorları blokadaya aldığına görə bu adla adlandırılır. Bunlar, həmçinin sinokarotid zonada və böyrəküstü vəzilərin beyin maddəsində yerləşən n-xolinoreseptorları blokadaya alır. Qanqlioblokatorlar eyni zamanda həm simpatik, həm də parasimpatik qanqlionlarda yerləşən n-xolinoreseptorları blokadaya alaraq orqan və
toxumalara simpatik və parasimpatik sinir sisteminin göstərdiyi təsiri aradan qaldırırlar. Nəticədə vegetativ (simpatik və parasimpatik) sinirlərlə təchiz olunan bütün orqanlarda funksional dəyişiklik baş verir.

Simpatik qanqlionların blokadaya alınması MSS-de simpatik sinirlər vasitəsilə qan damarlarına axan damardaraldıcı sinir impulslarının kəsilməsinə səbəb olduğu üçün qan damarları genişlənir, nəticədə arterial təzyiq aşağı düşür.



Qanqlioblokatorlar böyrəküstü vəzilərin beyin maddəsində yerləşən n-xolinorespetorları blokadaya alaraq vəzilərin xromaffin toxumalarında adrenalin ifrazına ləngidici təsir göstərir. Bu zaman qanda adrenalinin miqdarı azalır ki, bu da arterial təzyiqin bir daha aşağı düşməsinə səbəb olur. Qanqlioblokatorlar parasimpatik qanqlionlarda yerləşən n-xolinoreseptorları blokadaya almaqla parasimpatik sinir impulslarının orqanlara daxil olmasının qarşısını alır. Nəticədə, mədəbağırsaq sisteminin hərəki və sekretor fəaliyyəti zəifləyir, gözün akkomodasiyası pozulur, göz bəbəkləri genişlənir, ürək döyüntüsünün tezliyi artır, daxili orqanların (mədə-bağırsaq sisteminin, sidik kisəsinin

və s.) saya əzələlərinin tonusu aşağı düşür.



Göründüyü kimi qanqlioblokatorların müvafiq orqanların funksional vəziyyətinə göstərdiyi təsir M-xolinoblokatorların (atropin və s.) təsirilə eynidir. Bu, hər iki qrup maddələrin parasimpatik sinir sisteminə göstərdiyi təsirin eyniliyi ilə əlaqədardır. Həm qanlioblokatorların, həm də M- xolinoblokatorların təsirindən parasimpatik sinir impulslarının müvafiq orqanlara daxil olmasının qarşısı alınır, başqa sözlə, parasimpatik sinirlərin orqanlara göstərdiyi təsir aradan qaldırılır. Fərq ondan ibarətdir ki, qanqlioblokatorlar bunu qanqlion, M-xolinoblokatorlar ise parasimpatik sinir-ozolo sinapsları səviyyəsində edir (müvafiq sinapslarda yerləşən n-Xolinoreseptorları blokadaya almaqla,).

Tibbi təcrübədə əsasən qanqlioblokatorların hipotensivtəsirindən istifadə olunur.




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin