Rp.: Suspensionis Hydrocortisoni acetatis 2,5% - 10 ml
D.S. Gözün iltihabi xəstəlikləri zamanı gündə
3-4 dəfə, gözə 2 damcı damızdırılmalı (istifadə etməzdən əvvəl çalxalamalı)
Dəmləmə - a.h.t. – infusum; y.h.t. – Infusi Bişirmə - a.h.t. –Decoctum; y.h.t. – Decocti
Dəmləmə və bişirmələr dərman bitkilərinin müxtəlif hissələrindən hazırlanan maye dərman formalarıdır.
Dərman bitkilərinin yumşaq hssələrində olan maddələr uçucu olub, suya asanlıqla keçir, qaynadıldıqda isə parçalanaraq öz tərkiblərini dəyişirlər. Sərt hissələrdəki maddələr isə nisbətən davamlı olur və suya çətinliklə keçir. Ona görə də dəmləmələr adətən dərman bitkilərinin yumşaq hissələrindən (yarpaqllarından, otundan, çiçəklərindən, meyvələrindən), bişirmələr isə sərt hissələrindən (kökündən, kökümsov gövdəsindən, qabığından) hazırlanır. Bəzi bitki hissələri müstəsnalıq təşkil edir.
Dəmləmə və bisirmələri hazırlamaq üçün müəyyən dərəcədə xırdalanmış bitki hissəsi dəmləmə üçün xüsusi qaba (infundirkaya) yerləşdirilərək üzərinə tələb olunan miqdarda distillə suyu tökülür. Qab qaynamaqda olan su hamamına və ya infundir aparatina yerləşdirilir, tez-tez qarışdırmaqla dəmləmələr – 15 dəq., bişirmələr isə — 30 dəq, müddətində saxlanılır. Bu qayda ile hazırlanan dəmləmə tamamilə soyuduqdan sonra, bişirmə isə isti halda (hazırlandıqdan 10 dəq. sonra) süzgəcdən süzülür.
Rp.:-dən sonra dərman forması, bitkinin hissəsi (yarpağı, kökü və s.) və öz adı, bitki xammalının miqdarı və dəmləmə və ya bişirmənin ümumi miqdarı göstərilir.
Dostları ilə paylaş: |