Dərman formaları


PARKİNSONİZM ƏLEYHİNƏ DƏRMAN MADDƏLƏRİ



Yüklə 188,74 Kb.
səhifə102/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   98   99   100   101   102   103   104   105   ...   150
derma

PARKİNSONİZM ƏLEYHİNƏ DƏRMAN MADDƏLƏRİ



Bu qrup dərman maddələri Parkinson (əsmə iflici) xəstəliyinin və parkinsonizmin (Parkinson xəstəliyinin əlamətləri ilə müşayiət olunan vəziyyət) müalicəsi üçün istifadə olunur. Skelet əzələləri tonusunun kəskin artması, hərəkətin ləngliyi, əl və ayaqların, başın əsməsi, sifətdə donuqluq və s. Parkinson xəstəliyinin və parkinsonizmin xarakterik əlamətləridir. Belə hesab edilir ki, xəstəlik beyin damarlarının sklerozu, yaxud infeksion xəstəliklər (ensefalitlər, qızılca, malyariya və s.) nəticəsində baş beyinin müəyyən strukturlarının iltihabi zədələnməsi əsasında inkişaf edir.

Parkinsonizm zamanı MSS-də asetilxolinin miqdarı artır, dofaminin miqdarı isə azalır. Ona görə də parkinsonizmin müalicəsi iki istiqamətdə — xolinergik neyronların (asetilxolinin) skelet əzələlərinin tonusunu tənzimləyən baş beyin qabıqaltı törəmələrinə göstərdiyi stimullaşdırıcı təsiri zəiflətmək, yaxud dofaminergik neyronların (dofaminin) göstərdiyi tormozlayıcı təsiri gücləndirmək istiqamətində aparılır.

Parkinsonizm əleyhinə istifadə olunan antixolinergik preparatlara - triheksifenidil (Siklodol), triperiden (Noragin), biperiden, difeniltropin (Tropasin) və s., dofaminerqik preparatlara isə levodopa, nakom, madopar, sinemet, amantadin (Midantan), Selegilin və s. aiddir.

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin