250 və 500 mq dozalarda tablet şəklində və kapsullarda buraxılır. 250 mq dozada daxilə təyin edilir (ilk günlər gündə 1 dəfə, sonrakı günlər 3-4 dəfə).
Levodopa hematoensefalik seoddon asanlıqla keçir, mərkəzi sinir sistemində dekarboksilləşməyə uğrayaraq dofaminə çevrilir. Nəticədə skelet əzələlərinin tonusu aşağı düşür, ətrafların əsməsi zəifləyir.
Levodopanın böyük bir hissəsi, həmçinin toxumalarda (qaraciyərdə, böyrəklərdə, bağırsaqda) dofaminə çevrilir. Lakin toxumalarda əmələ gələn dofamin hematoensefalik səddi keçe bilmədiyindən MSS-nə təsir göstərə bilmir.
Toxumalarda levodopanın dekarboksilləşməsinin qarşısını almaq üçün dekorboksilləşmənin inhibitorları (karbidopa və benserazid) ilə levodopanın kombinəedilmiş preparatlarından istifadə olunur.