Fentanil-sitrat (Fentanyli citras). Sin.: Fentanil.
Sintetik preparat olub, ağrıkəsici təsirinə görə morfinden 100-150 dəfə güclüdür. 0,005%-li məhlulu 2 və 5 ml-lik ampullarda buraxılır.
Əzələ daxilinə və venaya (damcı üsulu ilə) təyin edilir. Əsasən cərrahi əməliyyatları ağrısızlaşdırmaq üçün neyroleptik maddə olan droperidolla birlikdə istifadə olunur.
Qarışıq təsirli (Opioid və qeyri-opioid) Analgetikler
Bu qrup preparatlara tramadol aiddir. |-, ö- , k – opioid reseptorların mərkəzi qeyri-selektiv aqonistidir. Eyni zamanda onurğa beyni səviyyəsində ağrı impulslarının ötürülməsinə tormozlayıcı təsir göstərir.
Dostları ilə paylaş: |