Dərman formaları


Nefopam (Nefopam). Sin.: Panagezik



Yüklə 188,74 Kb.
səhifə115/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   111   112   113   114   115   116   117   118   ...   150
derma

Nefopam (Nefopam). Sin.: Panagezik


30 mq dozada tablet şəklində və 2 %-li məhlulu 1 ml-lik ampullarda buraxılır.

Mərkəzi təsirli qeyri-narkotik analgetikdir. Güclü analgeziyaedici və spazmolitik təsirlərə malikdir.

Resept nümunələri:




Rp. : Tab. Paracetamoli 0,5


D. t.d. N.10

S. Gündə 3 dəfə, 1 tablet qəbul etməli.

#

Rp.: Tab. Citramonumy N.6


D.S. Gündə 2 dəfə, 1 tablet qəbul etməli.



PERİFERİK TƏSİRİ ÜSTÜNLÜK TƏŞİL EDƏN ANALGETİKLƏR

(QEYRİ-NARKOTİK ANALGETİKLƏR)

Qeyri-narkotik analgetiklər ağrıkəsici təsir gücünə görə narkotik analgetiklərdən geri qalır və digər farmakoloji xassələrinə görə də onlardan xeyli fərqlənirlər. Narkotik analgetiklərdən fərqli olaraq, tənəffüs və öskürək mərkəzlərinə tormozlayıcı təsir göstərmir, yuxu törətmir və eyforiya vəziyyəti yaratmırlar.



Bunlar ağrıkəsici təsirlə yanaşı qızdırmasalıcı iltihabı aradanqaldırıcı təsirlərə də malikdir. Qeyri-narkotik analgetiklər ağrıkəsici təsirin yalnız gücünə deyil, həm də xarakterinə görə narkotik analgetiklərdən fərqlənirlər. Belə ki, qeyri-narkotik analgetiklər bədxassəli şişlərin törətdiyi ağrıları aradan qaldıra bilmir. Onlar əsasən iltihabi proses (nevritlər, miozitlər, artritlər və s.) nəticəsində baş verən ağrılarda, baş və diş ağrılarında təsir göstərir. Bu, qeyri-narkotik analgetiklarin təsir mexanizmində periferik mənşəli ağrıkəsici təsirin, mərkəzi mənşəli ağrıkəsici təsirə nisbətən daha

güclü olması ilə əlaqədardır.

Qeyri-narkotik analgetiklərin qızdırma salıcı təsiri yalnız bədən temperaturu yüksəldiyi hallarda meydana çıxır. Bu, onların qızdırmasalıcı təsir mexanizmi ilə əlaqədardır. Belə ki, qeyri-narkotik analgetiklər nə orqanizmin istilik hasilatına, nə də hipotalamusda yerləşən istiliktənzimləyici mərkəzlərin fəaliyyətinə birbaşa təsir göstərmir. Bədən temperaturu yüksəldiyi halda isə onlar dolayı yolla qızdırmaya səbəb olan prostaqlandinlərin biosintezini tormozlamaqla istiliktənzimləyici mərkəzlərin fəaliyyətini zəiflədir (prostaqlandinlər bu mərkəzlərin fəaliyyətinə stimullaşdırıcı təsir göstərərək orqanizmin istilik hasilatını artırır, orqanizmdən istiliyin xaric olmasını isə zəiflədir. Nəticədə bədən temperaturu yüksəlir). Bu zaman dəri damarlarının genişlənməsi və tər ifrazının güclənməsi hesabına orqanizmdən istiliyin xaric olması sürətlənir (istilik hasilatı az dəyişikliyə məruz qalır) və bədən temperaturu aşağı düşür.

Qeyri-narkotik analgetiklər tibbi təcrübədə ağrıkəsici, qızdırma salıcı və iltihabı aradanqaldırıcı dərman maddəsi kimi istifadə olunurlar.



Qeyri-narkotik analgetiklərə pirazolon törəmələri (metamitol-natrium, butadion), salisil turĢusunun törəmələri (asetilsalisil turĢusu, natrium-salisilat) və müxtəlif kimyəvi qruplara mənsub olan digər maddələr - ketorolak, mefenam turĢusu, diklofenak, naproksen, indometasin, ibuprofen, ketoprofen, meloksikam s. aiddir.


Bütün bu dərman maddələri üçün xarakterik cəhət ondan ibarətdir ki, onların hamısı ağrıkəsici, qızdırmasalıcı və iltihabıaradanqaldırıcı təsirlərə malikdir.

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin