Metamizol-natrium (Metamizole Sodium). Sin.: Analgin (Analginum).
Böyüklər üçün 500 mq, uşaqlar üçün 50-100 və 150 mq dozalarda tablet şəklində, 25 və 50%-li məhlulları 1 və 2 ml-lik ampullarda buraxılır. Pirazolon törəməsidir.
Güclü, lakin qısamüddətli ağrıkəsici, nisbətən zəif qızdırmasalıcı və iltihabı aradanqaldırıcı təsirlərə malikdir. Toksiki təsiri nisbətən zəifdir.
İltihabi proseslərlə əlaqədar olan ağrılarda — mialgiyalarda, nevralgiyalarda, artralgiyalarda, baş və diş ağrılarında, menstruasiya nəticəsində yaranan ağrılarda istifadə olunur. Daxilə, əzələ daxilinə və venaya təyin olunur.
Metamizoldan uzun müddət istifadə etdikdə leykopeniya (qanda leykositlorin miqdarının azalmasi) və aqranulositoz (agranulositlorin miqdarının azalmas - leykopemiyanın bir növüdür) törədə bilər. Ona görə də metamizoldan uzun müddət istifadə olunması məsləhət görülmür.
Metamizol bir sıra kombinəedilmiş preparatların tərkibinə daxildir:
Dostları ilə paylaş: |