Trimeperidin (Trimeperidine) Sin:. Promedol (Promedolum)
Sintetik preparat olub 25 mq dozada tablet şəklində, 1 və 2%-li məhlulları 1 ml-lik ampullarda və şpris-tubliklərdə buraxılır.
Morfindən fərqli olaraq daxili orqanların saya əzələlərinə spazmogen deyil, spazmolitik təsir göstərir. Bu səbəbdən daxili orqanların spazmı nəticəsində baş verən ağrıları aradan qaldırmaq üçün premedolun istifadə olunması daha məqsədəuyğundur.
Uzun müddət istifadə edildikdə promedola qarşı vərdișolma və dərmandan asılılıq vəziyyəti yaranır.
Daxilə (25-50 mq dozalarda), dəri altına, yaxud venaya (1 -2%-li məhlulundan 1 ml) təyin edilir.
Dostları ilə paylaş: |