NARKOTİK (OPİOİD)ANALGETİKLƏR .
Narkotik analgetiklərin ağrı hissini aradan qaldırması onların mərkəzi sinir sisteminə göstərdikləri tormozlayıcı təsirlə əlaqədardır. Onlar mərkəzi sinir sistemində onurğa beyni və bəzi qabıqaltı törəmələr səviyyəsində ağrı impulslarının baş beyin qabığına ötürülməsini tormozlayırlar.
Müəyyən edilmişdir ki, narkotik analgetiklərin ağrıkəsici təsiri onların beyinin opioid (bu ad Opium - tiryək sözündən götürülmüşdür) reseptorlar adlandırılan xüsusi reseptorlarla qarşılıqlı əlaqəyə girməsi ilə bağlıdır. Bu resoptorlar həm MSS-də (baş beyinin bəzi şöbələrində, onurğa beyninin arxa çıxıntılarında), həm də periferik toxumalarda aşkar edilmişdir.
Narkotik analgetiklər ağrıkəsici və sedativ təsir göstərməklə yanaşı xəstənin emosional vəziyyətində də dəyişiklik törədir.Onların təsirindən mənfi emosiyalar törədən hisslər - qorxu, həyəcan, bədbinlik, aclıq, susuzluq və s. itir, əhval ruhiyyə yüksəlir, xəstədə rahatlıq, fiziki və sosial vəziyyətindən razılıq hissi baş qaldırır, dalğınlıq əmələ gəlir, özünə nəzarət və ətrafda baş verən hadisələrə tənqidi münasibət zəifləyir. Narkotik analgetikin təsiri gücləndikcə ətraf mühitə qarşı laqeydlik güclənir, daha sonra isə səthi yuxu baş verir. Orqanizmin bele vəziyyəti eyforiya adlanır (Yun. eu - yaxşı, phero - dözürəm). Narkotik analgetiklərin qəbulundan sonra eyforiyanın baş verməsi onlardan təkrar istifadə etmək meyli yaradır (dərmandan psixi asılılıq). Uzun müddət narkotik analgetiklərdən istifadə olunduqda bu meyl inkişaf edərək dərmandan fiziki asılılığa (narkomaniyaya) çevrilir.
Narkotik analgetiklərin xarakterik cəhətlərindən biri də onlara qarşı vərdişolmanın yaranmasıdır. Vərdiş olma orqanizmə təkrar yeridildiyi zaman narkotik analgetikin analgeziyaedici və eyforiyatöredici təsirinin zəifləməsi ilə xarakterizə olunur. Lazım olan effekti almaq üçün hər dəfə narkotik maddənin dozaşını yüksəltmək lazım gəlir. Opioid reseptorlarla qarşılıqlı təsirlərinə görə narkotik (opioid) analgetiklər iki qrupa bölünür:
Dostları ilə paylaş: |