Bunlar müxtəlif həlledicilər vasitəsilə dərman bitkilərindən alınan mürəkkəb tərkibli çıxarışlardır. Bu preparatları hazırlayarkən həlledici kimi əsasən spirtdən, bəzən isə sudan, efirdən və
istifadə edilir. Bütün tinktura və ekstraktlar zavod şəraitində hazırlanır. Ekstraktlar yüksək konsentrasiyalı olmaları ilə tinkturalardan fərqlənirlər.
Konsistensiyalarından asılı olaraq ekstraktlar duru, qati və quru (Extractum, fluidum, Extractum spis sum, Extractum siccum) olurlar. Tibbi təcrübədə duru ekstraktlardan daha çox istifadə olunur. Tinkturalar və duru ekstraktlar daxilə təyin edilir və damcılarla dozalanır.