Rp.: Natri bromidi
Kalii bromidi aa 4,0 Ammonii bromidi 2,0 Aquedestillatae ad 90 ml
M.D.S.Xörək qaşığı ilə gündə 3 dəfə qəbul etməli.
#
Rp.: Furacilini 0,1
Aque destillatae ad 500 ml
D.S. Dəriyə sürtmək üçün #
R.p.: Sol Furacilini 0,02%- 500 ml.
D.S. Dəriyə sürtmək üçün
Rp.: Solutionis Camphorae oleosae 10% - 100 ml
D.S. Oynaq nahiyəsinə sürtmək üçün
#
Rp.: Solutionis Hydrogenii peroxydi dilutae 100 ml
D.S. İrinli yaraları yumaq üçün.
(a.h.t. – Emulsum; y.h.t. Emulsi)
Emulsiyalar - bir birində həll olmayan iki mayenin heterogen (müxtəlifcinsli) qarışığından ibarət maye dərman formalarıdır. Miqdarca çox olan maye dispers mühit, az olan isə dispers faza adlanır. Emulsiyalarda dispers faza kiçik hissəciklər şəklində dispers mühitdən asılı vəziyyətdə olur. Süd təbii emulsiyadır. Onun tərkibində su (dispers mühit), yağ (dispers faza) və yağı xırda hissələrə parçalayan maddə (emulqator) kazein vardır. Latınca ―sağılmış‖ mənasını verən ―Emulsum‖ sözü də buradan götürülmüşdür.
Emulsiyalar dispers mühitlə dispers fazanın xarakterindən asılı olaraq ―su-yağda‖ və ―yağ-suda ‖ tipli emulsiyalar isə xaricə işlənir (linimentlər, emulsion məlhəmlər).
Yağlı emulsiyalar hazırlanarkən dispers faza kimi badam, şaftalı, gənəgərçək yağlarından, balıq yağından, efirli yağlardan və s. istifadə edilir. Bu zaman yağların kiçik hissəciklərə parçalanması üçün su-yağ qarışığına xüsusi emilqatorlar da əlavə edilir. Emulsiyalar istifadə edilməzdən əvvəl çalxalanmalıdır. Yağlı emulsiyalara reseptlər yazılarkən Rp.: - dən sonra Emulsi yazılır, yağın adı, miqdarı və emulsiyanın ümumi miqdarı göstərilir.
Dostları ilə paylaş: |