Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə3/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   2   3   4   5   6   7   8   9   ...   150
derma

Poroşoklar



Poroşoklar – səpələnmək xassəsinə malik olan, daxilə və xaricə işlədilən bərk dərman formalarıdır. Xırdalanaraq toz halına salına bilən bütün bərk və quru dərman maddələri poroşok halında yazıla bilər.

Poroşoklar tərkiblərinə görə sadə və mürəkkəb olur. Sadə poroşokların tərkibində 1, mürəkkəb poroşokların tərkibində isə bir neçə dərman maddəsi olur. Həm sadə, həm də mürəkkəb poroşoklar buraxılma formalarına görə dozalanmış (bölünən və dozalanmamış (bölünməyən) olur.


Sadə dozalanmış poroşoklara reseptlər tabletlərə aid reseptlər kimi, yalnız dərman forması haqqında heç bir göstəriş olmadan yazılır.



Rp.: Kalii bromidi 0,5

D.t.d. N. 20

S. Gündə 3 dəfə, 1 poroşok qəbul etməli




Mürəkkəb dozalanmış poroşoklara resept yazılarkən poroşokun tərkibinə daxil olan dərman maddələrinin adları yazıldıqdan sonra onların qarışdırılıb poroşok halına salınması barədə göstəriş (M.f.pulv. – qarışdır, poroşok alınsın) verilir.



Rp.: Maqnesii oxydi

Natrii hydrocarbonatis aa 0,3 M.f.pulv.

D.t.d. N. 24

S. Gündə 3 dəfə, 1 poroşok qəbul etməli.


#


Rp.: Papaverini hydrochloridi 0,02

Sacchari 0,2 M.f.pulv.

D.t.d. N. 12

S. Gündə 3 dəfə, 1 poroşok qəbul etməli.


Sadə dozalanmamış poroşoka resept yazılarkən dərman maddəsinin adından sonra onun ümumi miqdarı göstərilir, dərmanın xəstəyə verilməsi və təyin olunması barədə göstəriş (D.S.) – verilir.



Rp.: Maqnesii sulfatis 30,0

D.S. Yarım stəkan su ilə Qarışdırb içməli


Mürəkkəb dozalanmamış poroşoklara aid reseptlərdə sadə dozalanmamış poroşoklardan fərqli olaraq dərman maddələrini qarışdırılaraq poroşok halına salınması barədə göstəriş olur.



Rp.: Maqnesii oxydi 10,0 Natrii hydrocarbonatis 15,0 M.f.pulv.

D.S. Gündə 2 dəfə 1/4 çay qaşığı qəbul etməli.




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin