Dərman formaları


Teturam (Teturamum). Sin.: Antabus



Yüklə 188,74 Kb.
səhifə93/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   89   90   91   92   93   94   95   96   ...   150
derma

Teturam (Teturamum). Sin.: Antabus.


150 və 250 mq dozalarda tablet şəklində buraxılır. Daxilə təyin edilir.

YUXU DƏRMANLARI



Yuxu orqanizm üçün vacib olan normal fizioloji vəziyyətdir. İnsan təqribən ömrünün üçdə birini bu vəziyyətdə keçirir. Yuxu zamanı orqanizm əmək qabiliyyətini bərpa edir, enerji toplayır, gümrahlaşır.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yuxunun gedişində iki mərhələ dövri olaraq bir- birini əvəz edir.



Birinci mərhələ beyin biocərəyanları ritminin yavaşıması ilə xarakterizə olunur və «yavaĢ yuxu» (yaxud, tədrici yuxu) adlanır. «Yavaş yuxu» dərin olur və bu mərhələdə maddələri mübadiləsi yavaşıyır, nəbz, tənəffüs zəifləyir, bədən temperaturu aşağı düşür.

İkinci mərhələdə beyin biocərəyanlarının ritmi sürətlənir, maddələr mübadiləsi güclənir, nəbzin və tənəffüsün tezliyi artır. Bu mərhələ «sürətli yuxu» adlanır. Yuxu görmələr əsasən bu mərhələdə baş verir. «Yavaş yuxu» 60-90-dəq, «sürətli yuxu» isə 20 dəqiqəyə yaxın davam edir. Bu mərhələlərin ardıcıllığı və davam etmə müddəti pozulduqda orqanizmin yuxuya olan tələbatı tam ödənilmir. Yuxunun pozulması orqanizmin vəziyyətinə, ilk növbədə isə mərkəzi sinir sisteminin funksiyasına mənfi təsir göstərir.

Yuxunun pozulduğu hallarda onun normal gedişini bərpa etmək üçün yuxu dərmanlarından istifadə edilir.
Hazırda yuxu dərmanları kimi yuxugətirici təsiri üstünlük təşkil edən benzodiazepin törəmələrindən və müxtəlif kimyəvi qruplara aid olan sintetik birləĢmələrdən istifadə edilir.

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin