Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə92/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   88   89   90   91   92   93   94   95   ...   150
derma

Etil spirti


Etil spirti (Spirutus aethylicus).
Farmakoloji xassələrinə görə narkotik maddələrə - aid edilir.

Tibbi təcrübədə əsasən etil spirtinin antimikrob, yerli qıcıqlandırıcı və büzüşdürücü təsirlərindən istifadə edilir (spirtin antimikrob və büzüşdürücü təsiri onun zülalları, həmçinin mikrob hüceyrələrinin protoplazma zülallarını susuzlaşdıraraq pıxtalaşdırması ilə bağlıdır). Bu məqsədlə onun 95, 90, 70 və

40%-li məhlullarından istifadə olunur. Spirtin hansı konsentrasiyada istifadə olunması onun təyinatından asılıdır. Cərrahi alətlərin, xəstələrə qulluq əşyalarının mikrobsuzlaşdırılması və yanlıqların müalicəsi üçün etil spirtinin 90-95%-li, cərrahi əməliyyat nahiyəsini və cərrahın əllərini mikrobsuzlaşdırmaq üçün və kompres məqsədilə 70%-li məhlullarından istifadə edilir.

Yüksək dozalarda etil spirti mərkəzi sinir sisteminə güclü tormozlayıcı təsir göstərir. Damar- hərəkət və tənəffüs mərkəzlərinin tormozlanması nəticəsində tənəffüs və ürəyin fəaliyyəti zəifləyir, arterial təzyiq aşağı düşür. Etil spirti ilə ağır zəhərlənmə bu morkozlorin tam iflici nəticəsində ölümə səbəb ola bilər.



Spirtlə kəskin zəhərlənmə zamanı onun mədə-bağırsaq sistemindən sorulmasının qarşısını almaq məqsədilə mədə zond vasitəsilə yuyulur. Qana sorulmuş spirtin fəallığını zəiflətmək üçün venaya 500 ml 20%-li qlükoza məhlulu yeridilir, MSS-nə stimullaşdırıcı təsir göstərən dərman maddələri (kofein) təyin olunur. Zəhərlənmənin ağır hallarında spirtin orqanizmdən xaric olmasını sürətləndirmək məqsədilə sürətləndirilmiş diurezdən istifadə edilir.

Uzun müddət spirtli içkilərdən istifadə etdikdə xroniki zəhərlənmə (sərxoşluq, yaxud alkoqolizm) baş verir. Sərxoşluq nəticəsində mərkəzi sinir sisteminin, qan dövranı, həzm və tənəffüs orqanlarının fəaliyyəti pozulur. Onun əsasında müxtəlif psixozlar, daxili orqanların xəstəlikləri (qastrit, kolit, qaraciyər serrozu, miokardın distrofiyası və s.) inkişaf edir, orqanizmin infeksion xəstəliklərə qarşı-müqaviməti zəifləyir.

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin