Tiopental-natrium (Thiopentalum-natrium). 500 mq və 1 q dozalarda kip bağlanmış flakonlarda buraxılır. Yuxugətirici və narkotik təsirə malikdir. Əsasən venadaxili narkoz üçün istifadə olunur. Bu məqsədlə 2-2,5%-li məhlulları (uşaqlar, zəif xəstələr və qocalar üçün 1%-li) tədricən venaya yeridilir. Məhlulu bilavasitə istifadə etməzdən əvvəl, inyeksiya suyunda, aseptik şəraitdə hazırlanır.
Narkoz, tiopental məhlulu venaya yeridildikdən 1-2 dəq. sonra başlayır və 20-25 dəq. davam edir. Cərrahiyyə təcrübəsində tiopental ən çox giriş narkozu üçün tətbiq edilir. Bu məqsədlə narkoz, tiopental məhlulunu venaya yeritməklə əldə edilir, sonra isə inhalyasion narkotiklərlə davam etdirilir.
Tiopentaldan sərbəst şəkildə az vaxt tələb edən cərrahi əməliyyatlar aparmaq və psixomotor oyanıqlığı və qıcolma tutmallarını aradan qaldırmaq üçün istifadə olunur. Tiopental narkozundan əvvəl venaya atropin və ya metasin yeridilir.
Qaraciyər və böyrək xəstəliklərində, diabetdə, şok, kollaps və bronxial astma zamanı tiopentaldan istifadə edilməsi əks göstərişdir.
Dostları ilə paylaş: |