Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə84/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   80   81   82   83   84   85   86   87   ...   150
derma

Ayılma mərhələsi. Bu mrhələ preparatın orqanizmə yeridilməsi dayandırıldığı andan başlayır. Narkotik maddənin buxarları ağciyərlər vasitəsilə orqanizmdən tədricən (20-40 dəq sonra) xaric olur və mərkəzi sinir sisteminin funksiyası bərpa olunur.

Narkoz efiri (Aether pro narcosi). Tibbi məqsəd üçün dietil efiri bu adla, 100-150 ml-lik narıncı rəngli kip bağlı fllakonlarda buraxılır. Rəngsiz, şəffaf, xarakterik iyi olan uçucu mayedir. Qaynama temperaturu 34-35°C-yə bərabərdir. Asanlıqla alışır (xüsusilə oksigen, hava və azot 1- oksidlə qarışıqları). Müəyyən konsentrasiyada hava və oksigenlə qarışıqları partlayıcı xassəyə malikdir.

Efirdən cərrahiyə təcrübəsində açıq, yarımaçıq, yarımbağlı və bağlı sistemlər üzrə inhalyasion narkoz yaratmaq uçun istifadə edilir. Kifayət qədər müalicə genişliyinə malik olmasına baxmayaraq efirin tətbiqi zamanı bir sıra ağırlaşmalar baş verir.

Efirin tənəffüs yollarının selikli qişasına göstərdiyi yerli qıcıqlandırıcı təsir nəticəsində selik ifrazı güclənir, öskürək və qusma aktları baş verir. Efir yüksək konsentrasiyalarda orqanizmə yeridildikdə bradikardiya, tənəffüsün zəifləməsi və dayanması baş verə bilər. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün narkozdan 30-40 dəq. əvvəl venaya yaxud dəri altına 0,25— 1 ml 0,1%-li atropin məhlulu (və ya digər M-xolinoblokator) yeritmək məqsədəuyğun hesab edilir. O, bronxial və ağız suyu vəzilərinin şirə ifrazını zəiflədir, bronxları genişləndirir, bradikardiyanın qarşısını alır.

Sinir sistemi xəstəliklərində (epilepsiya, beyin damarlarının sklerozu), ürək-damar sistemi xəstəliklərində (hipertoniya xəstəliyi, şok, kollaps) yuxarı tənəffüs yolları xəstəliklərində (pnevmoniya,


bronxit), bronxial astma, şəkərli diabet zamanı, qaraciyər və böyrək xəstəliklərində efir narkozundan istifadə edilməsi əks göstərişdir.

Bir çox hallarda efir digər inhalyasion narkotik maddələrlə (ftorotan, azot 1 -coksid) kombinəedilmiş şəkildə istifadə olunur (çoxkomponentli narkoz).




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin