Azot 1-oksid (Nitrogenium oxydulatum ).
Qaz halında olan maddədir. 50 atmosfer təzyiq altında, maye halında, 10 l-lik metal balonlarda buraxılır.
Zəif narkotik təsirə malikdir. Narkoz törətmək üçün adətən 80% azot 1-oksid ilə 20% oksigen qarışığından istifadə edilir (oksigenin miqdarı onun havanın tərkibində olan miqdarına uyğundur və bundan az olduqda oksigen aclığı baş verə bilər). Bu qarışıqdan istifadə etdikdə oyanma mərhələsi baş vermədən narkoz vəziyyəti yaranır. Preparat demək olar ki, əlavə təsirə malik deyildir. Lakin narkotik təsirinin zəif olması onun sərbəst şəkildə tətbiqini məhdudlaşdırır.
Böyük cərrahi əməliyyatlar aparmaq üçün digər narkotik maddələrlə (efir, halotan) və miorelaksantlarla birlikdə tətbiq edilir. Azot 11 oksidlə oksigen qarışığından sərbəst şəkildə kiçik cərrahi əməliyyatları aparmaq və doğuşu ağrısızlaşdırmaq üçün istifadə edilir.
Dostları ilə paylaş: |