Bu qrupa uçucu mayelər (Dietil efiri, Hallotan, Metoksifluran, Enfluran və s.) və qaz halında olan maddələr (Azot 1Oksid, Siklopropan) aiddir.
Analgeziya mərhələsi (an - olmamaq, başqa sözlə, heç bir, algos - ağrı). Bu mərhələlədə şüur dumanlanır, ağrı hissi zəifləyir və tamamilə itir. Şərtsiz reflekslər saxlanılır, tənəffüs, nəbz və arterial təzyiq az dəyişir. Bu mərhələ 3-5 dəqiqə davam edir. Analgeziya mərhələsində absses və fleqmonların yarılması, ağrı verən sarğıların dəyişdirilməsi kimi kiçik əməliyyatları aparmaq mümkündür.