Dərman formaları


Halotan (Hallothaine). Sin



Yüklə 188,74 Kb.
səhifə85/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   81   82   83   84   85   86   87   88   ...   150
derma

Halotan (Hallothaine). Sin.: Ftorotan, Narkotan və s. 50 və 250 ml-lik tünd şüşə flakonlarda buraxılır. Efirə nisbətən daha güclü narkotik təsirə malikdir. Buxarları yanmır və oksigenlə qarışığı partlayıcı xassəyə malik deyildir. Halotandan istifadə edərkən oyanma nadir hallarda müşahidə edilir və efir narkozunda olduğundan qısamüddətli və zəif olur. Preparatın orqanizmə yeridilməsi dayandırıldıqda xəstə qısa müddətdə narkoz vəziyyətindən çıxır.

Hallotan narkozu altında həm uşaqların, həm də böyüklərin qarın boşluğu və döş qəfəsi orqanlarında müxtəlif cərrahi əməliyyatlar aparmaq olar.

Döş qəfəsi orqanlarında halotlan narkozu altında cərrahi əməliyyat aparmaq əlverişlidir. Belə ki, halotan tənəffüs əzələlərini boşaldır ki, bu də tənəffüsü idarə etməyi asanlaşdırır. Hallotan narkozu bronxial astması olan xəstələrə də tətbiq oluna bilər. Bütün bunlara baxmayaraq halotan da müəyyən əlavə təsirlərə malikdir. Onun təsirindən qan damarları genişlənir və arterial təzyiq aşağı düşür. Belə hallarda arterial təzyiqi yüksəltmək üçün fenilefrindən (Mezaton) istifadə etmək lazımdır (epinefrin və norepinefrindən istifadə edildikdə aritmiya baş verir. Bu, halottanın ürəyin bu preparatlara qarşı həssaslığını yüksəltməsi ilə izah edilir). Azot sinirin tonusunu yüksəltməklə halottan bradikardiya törədir. Bunun qarşısını almaq üçün atropindən istifadə edilir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin