Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə83/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   79   80   81   82   83   84   85   86   ...   150
derma

Oyanma mərhələsi. Bu mərhələ xəstənin hərəki fəallığının yüksəlməsi ilə xarakterizə olunur. Xəstə əl-qol atır, çox danışır, bəzən qışqırır, oxuyur, ağlayır. Tənəffüs və nəbz sürətlənir, arterial təzyiq yüksəlir. Öskürək və qusma refleksləri gücləndiyi üçün bu mərhələdə qusma baş verir.

  • Cərrahi narkoz mərhələsi. Qanda preparatın konsentrasiyasının yüksəlməsilə əlaqədar onun baş beyinə göstərdiyi tormozlayıcı təsir güclənir və onurğa beyninə də yönəlir. Oyanıqlıq aradan qalxır, əzələ tonusu aşağı düşür, arterial təzyiq zəifləyir, şərtsiz reflekslər tormozlanır. Tənəffüs tezləşir, lakin kifayət qədər dərin olur. Gözlərin işığa reaksiya verməsi zəifləyir, göz bəbəkləri böyüyür. Narkozun bu mərhələsi müxtəlif cərrahi əməliyyatların aparılması üçün ən əlverişli mərhələdir. Narkotik maddənin dozasını tənzimləməklə bu mərhələnin müddətini kifayət qədər uzatmaq mümkündür ki, bu da mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir.


  • Yüklə 188,74 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   79   80   81   82   83   84   85   86   ...   150




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin