Quanetidin-sulfat (Guanetidine sulfat). Sin.: Oktadin, İsmelin və s.
Poroşok halında və 25 mq dozada tablet şəklində buraxılır. Hipertoniya xəstəliyinin müalicəsi üçün istifadə olunur. Gündə 1 dəfə, 10—25 mq dozalarda daxilə təyin olunur, sonra doza tədricən 50- 75 mq-a qaldırılır.
Quanetidinin hipotensiv təsiri tədricən meydana çıxır. Qəbul edildikdən 2-3 gün sonra təsir göstərməyə başlayır, 7-8 gün sonra təsiri maksimuma çatır. Preparatın təsiri onun qəbulunu dayandırdıqdan sonra 4-14 gün davam edir.