Dərman formaları


Qeyri-selektiv α-adrenoblokatorlar



Yüklə 188,74 Kb.
səhifə75/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   71   72   73   74   75   76   77   78   ...   150
derma

Qeyri-selektiv α-adrenoblokatorlar

Qeyri-selektiv (ümumi) α-adrenoblokatorlara çovdar mahmızının (Secale Cornutum) hidrogenləşdirilmiş alkaloidləri (Dihidroerqotamin, Dihidroerqotoksin), sinepres, vazobral (hər ikisi kombinəedilmiş preparatlardır), niserqolin (Sermion), fentolamin, tropafen və s. aiddir.



Bunlar həm α1 - və həm də α2- adrenoreseptorlara qarşı eyni dərəcədə aktivlik göstərirlər.

Damarları genişləndirir, arterial və venoz qan təzyiqini aşağı salırlar.



Fentolamin tropafen sintetik qeyri-selektiv α adrenoblokatorlardır. Onlardan əsasən hipertoniya xəstəliyində, periferik damarların spazmında, ətrafların trofik yaralarında və feoxromositoma (feoxromositoma — böyrəküstü vəzilərin beyin maddəsinin şişidir. Bu zaman adrenalinin qana ifrazı artır, nəticədə arterial təzyiq yüksəlir) zamanı istifadə olunur. Fentolamin daxilə, tropafen isə dəri altına, əzələ daxilinə və venaya təyin edilir.
Niserqolin (Nicergoline). Sin.: Sermion. 10 mq dozada tablet şəklində və 4 mq dozada ampullarda (II qutuda 4 ampul preparat və əlavə olaraq 4 ampul həlledici) buraxılır.

Niserqolindon kəskin və xroniki serebral və periferik damar pozğunluqlarında - serebral aterosklerozda, insultda, miqrendə, səbəbi məlum olmayan Serebral işemiyada, periferik qan dövranı pozulduqda, həmçinin diabetik retinopatiyada, görmə sinirinin işemik zədələnmələrində istifadə olunur.



Daxilə (2-3 ay müddətində gündə 3 dəfə, 10 mq dozada yeməkdən əvvəl), əzələ daxilinə (gündə 2-4 mq) və venaya (4-8 mq preparat 100 ml natrium xloridin izotonik məhlulunda həll edildikdən sonra) təyin edilir. Niserqolindən istifadə edərkən başgicələnməsi, yuxuya meyllik və yuxusuzluq baş verə bilər.

Vazobral ( Vasobral). Tərkibi α-dihidroerqokriptin-mezilat trimetilksa tindən (kofein)


ibarət olan kombinəedilmiş preparatdır.

Tablet şəklində (2 mq α-dihidroerqokriptin və 20 mq kofein) və məhlulu (1 ml-də 1 mq α- dihidroerqokriptin və 10mq kofein) 50 ml-lik, flakonlarda buraxılır.

Daxilə gündə 2 dəfə, yemək zamanı 2-4 ml və ya 1-2 tablet qəbul edilir (müəyyən miqdar su ilə).

Beyin damarlarının xəstəliklərində, insultdan sonrakı bərpa dövründə, periferik qan dövranının pozğunluğunda istifadə olunur.

Preparatdan istifadə edərkən nadir hallarda ürəkbulanması, qusma, dəridə allergik reaksiyalar baş verə bilər.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin