Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə72/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   68   69   70   71   72   73   74   75   ...   150
derma

Efedrin-hidroxlorid (Ephedrine hydrochloride). Efedra bitkisinin alkaloididir. Poroşok halında, 25 mq. dozada tablet şəklində və 5%-li məhlulu 1 ml-lik ampullarda buraxılır. Daxilə (gündə 2-3 dəfə, yeməkdən əvvəl 25-50 mq dozalarda, dəri altına, əzələ daxilinə və venaya (5%-li məhlulundan gündə 1-2 dəfə, 0,5-1 ml) təyin olunur.

Təsirinə görə epinefrinə oxşardır. Arterial təzyiqi yüksəldir, ürəyin fəaliyyətini gücləndirir, bronxları və göz bəbəklərini genişləndirir, bağırsağın peristaltikasına tormozlayıcı təsir göstərir, hiperqlikemiya (qanda şəkərin miqdarının artması) törədir. Təsiri epinefrinə nisbətən zəif, lakin uzunmüddətlidir. Bundan başqa MSS-də güclü stimullaşdırıcı təsir göstərir (bu təsir epinefrində zəif ifadə olunmuşdur), narkotik maddələrin və yuxu dərmanlarının MSS-ə göstərdiyi tormozlayıcı təsiri aradan qaldırır. Kollaps, şok, hipotoniya, dəniz xəstəliyi zamanı, narkotik maddələr və yuxu dərmanları ilə zəhərlənmələr zamanı istifadə olunur. Rinitlərdə 2-5%-li məhlullarından burun boşluqlarına damızdırılır.



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin