Dərman formaları


Ksilometazolin (Xylometazoline). Sin.: Hallazolin



Yüklə 188,74 Kb.
səhifə68/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   64   65   66   67   68   69   70   71   ...   150
derma

Ksilometazolin (Xylometazoline). Sin.: Hallazolin.


0,1 (böyüklər üçün) və 0,05 %-li (uşaqlar üçün) məhlulları 10 ml-lik flakonlarda buraxılır.

İstifadə olunmasına aid göstəriş və əks göstərişlər nafazolində olduğu kimidir.



Oksimetazolinin (Nazivini, Nazol) də istifadə olunmasına aid göstəriş və əks göstərişlər ksilometazolin və nafazolində olduğu kimidir.

β-ADRENOMİMETİK MADDƏLƏR

Bu maddələr β- adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərir. Bunların tipik nümayəndəsi


izoprenalindir.


İzoprenalin-hid roxlorid (İsoprenaline hydrochloride). Sin.: İzadirin və s.

5 mq dozada tablet şəklində 0,5 və 1%-li məhlulları 25 və 100 ml-lik flakonlarda buraxlır. Məhlulları inhalyasion, tabletləri isə sublinqvall yolla təyin olunur. İnhalyasiya, inhalyatorun köməyi ilə həyata keçirilir. İzoprenalin eyni zamanda həm β2 həm də β1 adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərir.

Β1-adrenoreseptorların qıcıqlanması (bunlar əsasən ürəkdə yerləşir) nəticəsində ürək yığılmasının gücü və tezliyi artır, impulsların ürəyin keçirici sistemindən ötürülməsi yaxşılaşır, ürəyin qan vurumu çoxalır . Preparat miokardin oksigenə olan tələbatını artırır.

Β2-adrenoreseptorları (bunlar bronxların və uşaqlığın saya əzələlərində, skelet əzələlərinin, ürəyin və beyinin damarlarında olur) qıcıqlandırmaqla izoprenalin güclü bronxolitik təsir göstərir, uşaqlıq əzələsinin tonusunu və arterial təzyiqi aşağı salır

Tibbi təcrübədə əsasən bronxial astma tutmalarını aradan qaldırmaq üçün tətbiq edilir.



İzoprenalindən bəzən atrioventrikulyar blokadanı (impulsların qulaqcıqlardan mədəciklərə ötürülməsinin pozulması) aradan qaldırmaq üçün də istifadə olunur. Bu zaman onun tabletleri sublinqval yolla təyin edilir (mədə-bağırsaq sisteminda parçalanır). İzoprenalindən istifadə etdikdə ürəkbulanması, əllərin əsməsi, ağızda quruluq, taxikardiya və aritmiya (ürəyin ritmik fəaliyyətinin pozulması) baş verə bilər.

Bronxial astma tutmalarını aradan qaldırmaq üçün β2-adrenoreseptorlara seçici qıcıqlandırıcı təsir göstərən preparatlardan geniş istifadə olunur. Bunlara orsiprenalin-sulfat (Alupent, Astmopent), fenoterol (Berotek), salbutamol aiddir. Bu preparatların təsirindən bronxların və usaqlıgın saya əzələləri genişlənir.

Bronxial astma tutmalarını aradan qaldırmaq, yaxud onlarin qarşısını almaq üçün bu preparatlar inhalyasion yolla təyin edilir. Bu məqsədlə onlar aerozol halında xüsusi alüminium balonlarda (inhalyatorlarda) buraxılır. Balonlar dozalayıcı basqıya malikdir və basqı hər dəfə basıldıqda balondan müəyyən dozada preparat püskürdülür. İçərisində müvafiq preparat olan balondan istifadə edərkən preparatı nəfəsalma aktı zamanı burun və ya ağız boşluqlarına püskürtmək lazımdır.

Fenoteroldan (Partusisten adı ilə) və salbutamoldan, həmçinin mamalıq təcrübəsində vaxtından əvvəl baş verə biləcək doğuşun qarşısını almaq üçün istifadə edilir .


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin