Dərman formaları


ADRENOМİМEТİК МADDƏLƏR (ADRENOSTİMULYATORLAR)



Yüklə 188,74 Kb.
səhifə67/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   63   64   65   66   67   68   69   70   ...   150
derma





ADRENOМİМEТİК МADDƏLƏR (ADRENOSTİMULYATORLAR)




Adrenoreseptorların bu və ya digər tipinə (α;β) daha üstün qıcıqlandırıcı təsir göstərmələrinə görə adrenomimetik maddələr 3 qrupa bölünür:


  1. α -Adrenomimetiklər.

  2. ß-Adrenomimetiklər.

  3. α -, ß-Adrenomimetiklər.



α -ADRENOMİMETİK MADDƏLƏR




Bunlara norepinefrin (Noradrenalin), fenilefrin (Mezaton), nafazolin (Naftizin), ksilometazolin (Hallazolin), oksimetazolin (Nazivin, Nazol) və s. aiddir.


Norepinefrin (Norepinephrine). Sin.: Noradrenalin -hidrotartarat. 0,2%-li məhlulu 1 ml-lik ampullarda buraxılır. α- Adrenoreseptorları qıcıqlandırmaqla damarların kəskin daralmasına və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Norepinefrin ürəyin və bronxların β - adrenoreseptorlarına zəif qıcıqlandırıcı təsir göstərir.

Tibbi təcrübədə əsasən kollaps və şok zamanı arterial təzyiqi yüksəltmək üçün istifadə edilir. Preparat, həmçinin ürək dayandıqda tətbiq edilir (bu zaman norepinefrin məhlulu sol mədəcik boşluğuna yeridilir).

Arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan hallarda, aterosklerozda, kardiosklerozda, Stenokardiyada, miokard infarktında (noreprinefrin miokardın oksigenə olan tələbatını yüksəldir ki, bu da infakt keçirən xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər) şəkərli - diabetdə, hamiləlik dövründə norepinefrindən istifadə olunması əks göstərişdir.



Nafazolin-nitrat (Naphazoline Nitrate). Sin. Naftizin. 0,05 və 0,1 %-li məhlulları 10 ml-lik flakonlarda buraxılır. Yüksək toksiki təsirə malik olduğu üçün (MSS-ə tormozlayıcı təsir göstərir) tibbi təcrübədə nafazolinin yalnız yerli təsirindən istifadə edilir. Əsasən kəskin rinitlərdə (nafazolindən və digər damardaraldıcı preparatlardan xroniki rinitlərdə istifadə edilməsi moslehot görülmür), haymoritleordo, allergik konyunktivitlərdə və burun qanaxmalarında işlədilir. Kəskin rinitlərdə preparatın 0,05 və 0,1%-li məhlulları buruna damızdırılır (gündə 2-4 dəfə, 1-2 damcı). Burunun selikli qişasında olan damarları daraldaraq iltihabi prosesi zəiflədir. Burun qanaxması zamanı preparatın 0,05%-li məhlulu ilə isladılmış tamponlardan istifadə edilir. Allergik konyunktivitlərdə preparatın 0,05%-li məhlulundan 1-2 damcı konyunktival kisəciyə damızdırılır.

Nafazolindən yerli anesteziyaedici maddələrin qana sorulmasını ləngitmək üçün də istifadə etmək olar. Bunun üçün yerli anesteziyaedici maddə məhlulunun hər mil-nə nafazolinin 0,1%-li sulu məhlulundan 2-4 damcı əlavə etmək lazımdır. Çexoslovakiyada nafazolinin 0,1%-li emulsiyasi sanorin (Sanorinum) adı ilə buraxılır. Sanorin nafazolinin sulu məhluluna nisbətən daha uzunmüddətli təsirə malikdir.

Hipertoniya, taxikardiya və ateroskleroz zamani nafazolindən və sanorindən istifadə edilməsi əks göstərişdir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin