Rp.: Sol. Tubocurarini chloridi-1%-1,5 ml
D. t.d. N. 6 in amp.
S. 0, 4-0,5 mq/kq hesabli ille venaya yeritməli. #
Rp.: Sol. Dithylini 2% 10 ml
D. t.d. N. 6 in amp.
S. l-1,7 mq/kq hesabi1 ilə venaya yeritməli.
Bəzi dərman maddələri eyni zamanda həm m, həm də n xolinoreseptorları blokadaya alır. Bu tip maddələr üçün xarakterik cəhət ondan ibarətdir ki, onlar periferik xolinoreseptorlarla yanaşı MSS-nin m– və n-xolinoreseptorlarına da blokadayaalıcı təsir göstərir. Bu qrupun tipik nümayəndəsi trilheksifenidildir
(Siklodol). Onun MSS-nin m - n-xolinoreseptorlarına göstərdiyi təsirdən Parkinson xəstəliyinin və parkinsonizmin müalicəsi üçün istifadə olunur
Adrenergik sinapslarda oyanmanın ötürülməsinə təsir göstərən dərman maddələrini 3 qrupa bölmək olar:
Adrenomimetiklor (adrenostimulyatorlar) - adrenoreseptorlara qıcıqlandırıcı təsir göstərən maddələr.
Adrenoblokatorlar - adrenoreseptorları blokadaya alan maddələr.
Simpatolitiklər - adrenergik sinapslarda mediator ifrazını azaldan maddələr.
Dostları ilə paylaş: |