Dərman formaları


Heksametonium-benzosulfonat (Hexamethonii benzosulfonas). Sin.: Benzoheksonium



Yüklə 188,74 Kb.
səhifə62/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   58   59   60   61   62   63   64   65   ...   150
derma

Heksametonium-benzosulfonat (Hexamethonii benzosulfonas). Sin.: Benzoheksonium


100 və 250 mq dozalarda tablet şəklində və 2,5 %-li məhlulu 1 ml-lik ampullarda buraxılır.

Hipertonik krizlərdə, periferik damarlarin spazmında, endarterilitdə, hiperasid qastritdə, mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində, daxili orqanların saya əzələlərinin spazmında (bağırsaq, böyrək, qaraciyər sancılarında bronxial astmada istifadə olunur.

Daxilə (gündə 3-6 dəfə, yeməkdən əvvəl, 100-250 mq dozalarda), dəri altına və əzələ daxilinə (gündə 1-2 dəfə 2,5 %- li məhlulundan 1-1,5 ml) təyin olunur.

Azametonium-bromid (Azametonii bromidum). Sin.: Pentamin. 5%-li məhlulu 1 və 2 ml-lik ampullarda buraxılır. Heksametonium kimi istifadə olunur. Əzələ daxilinə təyin olunur.

Dimekolin-yodid (Dimecolini iodidum). 25 və 50 mq dozalarda tablet şəklində buraxılır. Mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində, periferik damarların spazmında, daxili orqanların saya
əzələlərinin spazmı ilə müşayiət olunan xəstəliklər (spastik kolitlərdə, xolesistlitlərdə və s.) zamanı istifadə olunur.

Daxilə gündə 2-3 dəfə, yeməkdən əvvəl 25-50 mq dozalarda təyin olunur.



Paxikarpin-hidroyodid (Pachycarpini hydroiodidum). 100 mq dozada tablet şəklində və 3%- li məhlulu 2 ml-lik ampullarda buraxılır.

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin