Paxikarpindən periferik damarlarin spazmında va qanqlionitlərdə (qanqlionların iltihabı)
istifadə olunur.
Paxikarpin uşaqlıq əzələsinə təsir göstərərək onun tonusunu və yığılma qabiliyyətini gücləndirir. Onun bu xassəsindən uzun müddət doğuş fəaliyyətinin zəif olduğu hallarda onu gücləndirmək (Arterial təzyiqi aşağı saldığı üçün xüsusilə arterial təzyiqi yüksək olan qadınların doğuş fəaliyyətini yüksəltmək üçün) və doğuşdan sonrakı uşaqlıq qanaxmalarını dayandırmaq üçün geniş istifadə olunmuşdur. Lakin hazırda bir sıra yeni, daha effektli preparatların tətbiqi ilə əlaqədar olaraq paxikarpindən bu məqsəd üçün çox nadir hallarda istifadə olunur.
Daxilə (gündə 2-3 dəfə, yeməkdən əvvəl 100 mq), dəri altına və əzələ daxilinə (1-2 saatdan bir, 3%-li məhlulundan 24 ml) təyin edilir.
Hamiləlik dövründə, qaraciyərin və böyrəklərin funksional pozğunluqlarında, stenokardiya və ürək fəaliyyətinin aydın ifadə olunan pozğunluğu zamanı paxikarpinin təyin olunması əks göstərişdir.
Resept nümunələri
Dostları ilə paylaş: |