Rezerpin (Reserpine).
A siyahısına daxildir. Hindistanda bitən ilan rauvolfiyası bitkisinin alkaloididir. Poroşok halında, 0,1 və 0,25 mq dozalarda tablet şəklində buraxılır. Hipertoniya Xəstəliyinin müalicəsi üçün istifadə edilir. Daxilə (yeməkdən sonra, 1- 0.25 mq.dozalarda) təyin olunur.
Rezerpindən yüksək dozalarda istifadə etdikdə mədə-bağırsaq sisteminin hərəki fəaliyyətinin güclənməsi (ishal), mədənin şirə ifrazının artması bradikardiya, depressiy vəziyyət, dəridə səpkilər və parkinsonizm əllamətləri (uzunmüddətli müalicə zamanı) müşahidə edilir.
Rezepin hipertoniya zamanı istifadə olunan neokristepin, trirezid, trirezid-K, adelfan tabletlərinin, brinerdin, kristepin, adelfan-ezidreks və adelfan-ezidreks-K drajelərinin tərkibinə daxildir.
Rezerpin həmçinin Rauvolfiya bitkisinin köklərindən alınan raunatinin (Raunatinum) tərkibinə daxildir. Rezerpindən başqa raunatinin tərkibində rauvolfiya bitkisinin digər alkaloidləri serpentin, aymalin və s. vardır. Raunatin 2 mq dozada tablet şəklində buraxılır. Hipertoniya zamanı istifadə olunur.
Dostları ilə paylaş: |