D. t.d. N.20 S. Gündə 3 dəfə, 1-2 tablet qəbul etməli.
Simpatolitik maddələr adrenergik sinapslarda mediator ifrazını zəiflətməklə simpatik sinir impulslarının ötürülməsini tormozlayır. Bunlar bilavasitə adrenoreseptorlara təsir göstərmir. Ona görə də adrenomimetik maddələrin adrenoreseptorlara göstərdikləri qıcıqlandırıcı təsiri aradan qaldıra bilmir. Hətta simpatolitik maddələrlə eyni zamanda tətbiq edildikdə adrenomimetik maddələrin təsiri adi halda olduğundan daha güclü olur. (Simpatolitik maddələr simpatik sinir impulslarının ürəyə və damarlara stimullaşdırıcı təsirini aradan qaldırmaqla ürək yığılmasının gücünü və tezliyini azaldır, qan damarlarını genişləndirir, nəticədə arterial təzyiq aşağı düşür. Ona görə də tibbi təcrübədə hipotensiv maddə kimi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunurlar. Bunlara quanetidin-sulfat (Oktadin) ve rezerpin aiddir.
Dostları ilə paylaş: