Poroşok halında, 5 mq (uşaqlar üçün), 50 və 100 mq dozalarda tablet şəklində buraxılır. Sedativ, yuxugətirici və qıcolma (epilepsiya) əleyhinə təsirə malikdir.
Böyük qıcolma tutmalarında, psixomotor ekvivalentlikdə və epileptik status zamanı təyin edilir. Gündə 2 dəfə, hər dəfə 50-200 mq dozalarda (gün ərzində 100-400 mq) qəbul edilir.
Yuxugətirici təsirini aradan qaldırmaq üçün adətən kofeinlə kombinəedilmiş şəkildə istifadə edilir. Fenobarbitaldan uzun müddət istifadə etdikdə ona qarşı vərdişolma və dərmandan asılılıq vəziyyəti yaranır.
Qara ciyərin və böyrəklərin funksional pozğunluğunda fenobarbitalın təyin olunması əks göstərişdir.