Antipsixotik maddələr (neyroleptiklər).
Anksiolitik maddələr (trankvilizatorlar).
Sedativ maddələr.
Antidepressantlar.
Normotimik maddələr.
Psixostimulyatorlar.
Nootrop maddələr
ANTİPSİXOTİK (NEYROLEPTİK) DƏRMAN MADDƏLƏRİ
Bunlar antipsixotik (sayıqlama və qarabasmaları aradan qaldıran) və sakitləşdirici (həyəcan hissini və narahatlığı zəiflədən) təsirə malik olan dərman maddələridir. Antipsixotik dərman maddələri, həmçinin orqanizmin psixi və hərəki fəallığını azaldır, ətrafda baş verən hadisələrə qarşı laqeydlik yaradır, skelet əzələlərinin tonusunu zəiflədir, qusmanı aradan qaldırır, bədən temperaturunu aşağı salır, mərkəzi sinir sisteminin fəaliyyətini tormozlayan dərman maddələrinin (narkoz törədən maddələr, yuxu dərmanları, narkotik analgetiklər və s.) təsir gücünü artırır.
Antipsixotik maddələr (neyroleptiklər) əsasən şizofreniyada və digər psixozlarda, həmçinin qorxu və həyəcanla müşayiət olunan hərəki oyanıqlıq vəziyyətlərində istifadə olunurlar.
Antipsixotik maddələrə xlorpromazin (Aminazin), levomepromazin (Tizersin), perfenazin (Etaperazin), trifluoperazin (Triftazin, Stelazin), flufenazin-hidroxlorid (Moditen), flufenazin- dekanoat (Moditendepo), tioridazin (Sonapaks), haloperidol, droperidol, xlorprotiksen, klozapin (Azaleptin, Leponeks) və s, aiddir.
Dostları ilə paylaş: |