Haloperidol (Haloperidole).
1,5 və 5 mq dozalarda tablet şəklində, 0,2%- li məhlulu 10 ml-lik flakonlarda (daxilə qəbul etmək üçün) və 0,5% -li məhlulu 1-ml-lik ampullarda buraxılır.
Güclü antipsixotik və sakitləşdirici təsirə malikdir. Yuxu dərmanlarının, narkoz preparatlarının, analgetik maddələrin təsirini gücləndirir.
Tibbi təcrübədə psixozlarin (şizofreniya, alkohol psixozları və s.) müalicəsi üçün istifadə olunur. Həmçinin qusma əleyhinə preparat kimi və yuxu dərmanlarının, analgetiklərin təsirini gücləndirmək üçün istifadə olunur.
Daxilə (gündə 2-3 dəfə, yeməkdən əvvəl: tabletlərini 1,5- 3 mq dozalarda; 0,2%-li məhlulunu 10-20 damci), əzələ daxilinə və venaya 0,5%-li məhlulundan 0,4-1 ml təyin olunur.
Dostları ilə paylaş: |