III fəsil
Dərman vasitələri haqqında informasiyanın əldə edilməsi və yayımlanması
Maddə 15. Dərman vasitələri haqqında informasiya əldə etmək hüququ
Hər bir şəxs dərman vasitəsinin səmərəliliyi, onun əlavə təsirləri, müxtəlif dərman vasitələrinin birgə
istifadəsi zamanı qarşılıqlı əlaqəsi, habelə təyin edilmiş dərman vasitəsindən istifadə olunması qaydası
barədə ətraflı məlumat almaq hüququna malikdir.
Maddə 16. Dərman vasitələri haqqında informasiyanın yayımlanması
16.1. Həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya kütləvi informasiya
vasitələrində, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda
yayımlana bilər.
16.2. Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində
tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş
ixtisaslaşdırılmış nəşrlərdə yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-
sorğu kitabçaları, elmi məqalələr, konqreslərdə, konfranslarda, simpoziumlarda, elmi şuralarda və digər
bu kimi toplantılarda məruzələr, həmçinin həkimlər üçün nəzərdə tutulmuş təlimatlar formasında təqdim
oluna bilər.
16.3. Dərman vasitələrinin istehsalçıları tibb işçilərini dərman vasitələrinin bütün tətbiqi xassələri barədə
tam məlumatla təmin etməyə borcludurlar.
16.4. Azərbaycan Respublikasında dərman vasitələrinin reklamına yol verilmir.
Dostları ilə paylaş: |