HİPOTİAZİD 25 mq və 100 mq tabletlər
HYPOTHIAZID
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq və ya 100 mq hidroxlortiazid vardır.
Köməkçi maddələr: maqnezium-stearat, talk, jelatin, qarğıdalı nişastası, laktoza monohidrat.
Farmakoterapevtik qrupu
Diuretik (sidikqovucu) dərman vasitəsi.
ATC kodu: C03AA03
Farmakoloji xüsusiyyətləri
Hipotiazid diuretik (sidikqovucu) dərman vasitəsi olub, arterial təzyiqi aşağı salır.
Preparatın qəbulundan sonra natriumun sidikdən intensiv xaric olması 2 saatdan sonra qeyd
olunur, maksimal xaric olması isə - 4 saatdan sonra. Preparatın təsiri 6-12 saat ərzində saxlanılır.
Hipotiazid əsasən dəyişilməmiş şəkildə sidiklə xaric olur. Plansentaya keçir və ana südündə
aşkar olunur.
Dostları ilə paylaş: |