Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 194,95 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix16.05.2022
ölçüsü194,95 Kb.
#58141
1   2   3   4   5   6   7   8   9
Hypothiazid

Əlavə təsirləri  

Hər bir dərman vasitəsi kimi Hipotiazid də orqanizmə əlavə təsirlər göstərə bilər. 

Hipotiazid  preparatının  qəbulu  zamanı  hipokaliemiya,  hipomaqniemiya,  hiperkalsiemiya  və 

hipoxloremik  alkaloz  müşahidə  oluna  bilər,  bu  isə  özünü  ağızda  quruluq,  yanğı  hissi,  aritmiya, 

əhval-ruhiyyənin  dəyişməsi,  əzələlərdə  ağrı  və  qıcolmalar,  ürəkbulanma,  qusma,  yorğunluq  ya 

zəiflik kimi əlamətlərlə büruzə verir. 

Nadir hallarda hiponatriemiya (şüurun dumanlanmasıı, qıcolmalar, zehni proseslərin zəifləməsi, 

yorğunluq,  oyanıqlıq,  əzələ  qıcolmaları),  hiperqlikemiya,  qlükozuriya,  hiperurikemiya  və 

podaqra tutmaları müşahidə oluna bilər. 

Hipotizid  preparatının  istifadəsi  qlükozanın  mənimsənilməsini  poza  bilər və  bunun  nəticəsində 

qan zərdabında şəkərin səviyyəsi yüksələ bilər.  

Yüksək dozalarda istifadə zamanı qan zərdabında lipidlərin səviyyəsi yüksələ bilər. 



Xolesistit  və  ya  pankreatit,  xolestatik  sarılıq,  diareya,  qəbizlik,  anoreksiya,  ortostatik 

hipotenziya,  vaskulit,  başgicəllənmə,  görmə  qabiliyyətinin  müvəqqəti  pozulması,  başağrısı, 

paresteziya müşahidə oluna bilər. 

Çox  nadir  hallarda  leykopeniya,  aqranulositoz,  trombositopeniya,  hemolitik  anemiya,  aplastik 

anemiya müşahidə oluna bilər.  

Preparata  qarşı  yüksək  həssaslıq  olduqda  övrə,  purpura,  nekrotik  vaskulit,  Stivens–Conson 

sindromu,  respirator  distress  sindromu  (o  cümlədən  pnevmonit  və  ağciyərlərin  qeyri-kardioloji 

ödemi daxil olmaqla), işığa qarşı yüksək həssaslıq, anafilaktik şok müşahidə oluna bilər. 

Böyrək funksiyasının pozulması və cinsı funksiyanın zəifləməsi qeyd oluna bilər. 

Əgər,  sizdə  Hipotiazid  preparatının  istifadəsi  zamanı  hər  hansı  bir  əlavə  təsirlər  və  ya  səhhə-

tinizdə  pisləşmə  müşahidə  olunarsa,  o  zaman  preparatın  qəbulu  haqqında    mütləq  həkimlə 

məsləhətləşin. 

 


Yüklə 194,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin