Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər siz aşağıda göstərilən preparatlardan hər hansı birini qəbul edirsinizsə, o zaman bu haqda
həkimə mütləq məlumat verin: antihipertenziv vasitələr, ürək qlikozidləri, amiodaron, oral
antidiabetik vasitələr, kortikosteroidlər, kalsitonin, qeyri-steroid iltihabəleyhinə vasitələr, anti-
depolyarizəedici əzələ relaksantları, amantadin, xolestiramin.
Hipotiazid preparatının litium duzları ilə birgə istifadəsi məsləhət görülmür.
Alkoqol və narkotik vasitələr ilə birgə istifadə edildikdə arterial təzyiqin enməsi artır.
Dostları ilə paylaş: |