Qabil ABDULLAYEV
Mayın-ın 17-də Macarıstanın
ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Imre Laslotski
Azərbaycan Tibb Universitetinin
qonağı olub. Səfir universitetin
rektoru, professor Gəray Gəray-
bəy
li ilə görüşüb, həmçinin
ATU-da yaradılan təhsil-tədris
şəraiti ilə yaxından tanış olub.
G
örüşdə rektor G.Gəray-
bəyli macar diplomata
ATU-nun keçdiyi inkişaf
tarixi, müasir fəaliyyəti, mad-
di-texniki bazası, potensial imkanla-
rı və həmçinin bu təhsil müəssisəsinin
Azərbaycanda səhiyyənin inkişafında
tutduğu önəmli rolu haqqında məlumat
verib. Qeyd olunub ki, respublikada
yeganə ali tibb təhsil ocağı olan ATU-
nun ölkəmiz üçün peşəkar həkim və
tibb işçilərinin hazırlanmasında əvəzsiz
xidmətləri var.
ATU-nun beynəlxalq əlaqələrindən
söhbət açan rektor bildirib ki, universite-
timiz dünyanın bir sıra tanınmış ali təhsil
və tədqiqat ocaqları ilə geniş əməkdaşlıq
edir. Bu universitetlərin sırasında Maca-
rıstanın Zemvelveys Universiteti də var
ki, onunla da qarşılıqlı saziş əsasında
müştərək tədbirlər təşkil olunub. Gö-
rüş zamanı professor Gəray Gəraybəyli
gələcəkdə universitetlər arasında tələbə
mübadiləsinin daha da çoxalmasını, Ma-
carıstandan da Azərbaycana tələbələr
göndərilməsini arzuladığını bildirib.
Səmimi qəbula görə minnətdarlığını
bildirən cənab Laslotski ilk olaraq pro-
fessor G.Gəraybəylini ATU-nun rektoru
vəzifəsinə seçilməsi münasibətilə təbrik
edib, ona bu şərəfli işində uğurlar arzu-
layıb. Sözünə davam edən səfir vurğula-
yıb ki, Azərbaycan və Macarıstan arasında
bütün sahələrdə, o cümlədən elm-təhsil,
mədəniyyət və səhiyyə sahəsində səmərəli
münasibətlər formalaşıb. Ölkələrimiz
arasında mövcud olan ikitərəfli əlaqələrin
əhəmiyyətindən danışan səfir gələcəkdə
bu əlaqələrin daha da gücləndirilməsinin
zərurililiyinə toxunub.
ATU-nun beynəlxalq əlaqələr üzrə pro-
rektoru, dosent Rəhimə Qabulovanın da iş-
tirak etdiyi bu işgüzar görüşdə Azərbaycan
və Macarıstanın tibb universitetləri ara-
sında əlaqələrin möhkəmələnməsi və qar-
şılıqlı əməkdaşlıq haqqında bağlanmış sa-
zişin yenilənməsi barədə ilkin razılıq əldə
olunub.
•
ATU-nun Tədris Cərrahiyyə
Klinikasında Azərbaycan Tibb
Assosasiyasının Patologiya
Dərnəyinin “Tiroid düyünlərinə
multidistiplinar yanaşma” möv-
zusunda seminarı keçirilib.
Seminarda Tədris Cərrahiyyə
Klinikasının direktoru, professor
Nuru Bayramov, Tibb Assosasi-
yasının sədri Nəriman Səfərli, Me-
diStyle Hospitalın endokrinoloqu
dr. Fərhad Burzlu, Milli Onkolo-
giya Mərkəzindən dr.Anar Əliyev,
dr. Bahadur Abbasov, Azərbaycan
Tibb Universitetindən dr.Camal
Musayev,
Qulaq-burun-boğaz
cərrahı uzman dr.Yusif Hacıyev
və klinikanın rezidentləri iştirak
ediblər.
Seminarı açıq elan edən pro-
fessor Nuru Bayramov bu cür
tədbirlərin ümumi müzakirələrin
aparılması
baxımından
çox
əhəmiyyətli olduğunu vurğula-
dı. “Peşəkar insanların bir ara-
ya gələrək müəyyən məsələləri
müzakirə etməsi təqdirəlayiqdir.
Dövlət
qurumu
və
tədris
müəssisəsi olaraq borcumuzdur
ki, belə mütərəqqi hadisələrə qa-
pımızı açaq və dəstək olaq”.
Azərbaycan Tibb Assosiasi-
yasının sədri Nəriman Səfərli
rəhbərlik etdiyi qurum haqqın-
da iştirakçıları məlumatlandırdı.
Qeyd etdi ki, təşkilat əsasən üç
istiqamət üzrə fəaliyyət göstərir:
“İşimiz ilk öncə həkimlərin hü-
quqlarını
qorumaq,
ikincisi
həkimlərin peşəkarlığını artırmaq
və həkimlər tərəfindən əhalinin
tibbi sahədə maarifləndirilməsini
gücləndirməkdən ibarətdir. Son 3
ildə assosasiyanın fəaliyyəti daha
sürətlə inkişaf edib. 30 ixtisas
üzrə dərnəklər təsis olunub ki,
burada hər bir həkim iştirak edə
bilər”.
N.Səfərli tədbirin məhz Tibb
Universitetinin Tədris Cərrahiyyə
Klinikasında
keçirilməsindən
məm nun olduğunu bildirdi və
müştərək toplantıların gələcəkdə
də davam etdiriləcəyini qeyd etdi.
Tədbirdə iştirak edən dr. Camal
Musayev patoloji müayinələrin
əhəmiyyətindən, tiroid patolo-
giyalarının
diaqnostikasından
danışdı. MediStyle Hospitalın
endokrinoloqu dr. Fərhad Burzlu
tiroid düyünü olan xəstələrə kli-
niki yanaşma ilə bağlı məlumat
verdi: “Endokrinoloq olaraq deyə
bilərəm ki, son zamanlar ən çox
inkişaf edən sahələrdən biri də
məhz tiroidologiyadır. Qalxan-
vari vəz idarəedici olmasa da,
funksiyaverici bir orqandır və
ən böyük endokrin vəzdir. Bü-
tün yaş dövrlərində qalxanvari
vəzin əhəmiyyəti çox böyük-
dür. Qalxanvari vəzin bədxassəli
düyünləri daha çox gənclərdə
müşahidə olunur. Əgər yaşlı
nəsillərdə belə hallara 4 faiz rast
gəlinirsə, gənclərdə bu göstərici
40 faizdir. Qalxanvari vəzin
fəaliyyəti ana bətnində olan uşa-
ğın 3-cü həftəsindən fəaliyyətə
başlayır.”
Daha sonra toplantıda tiroid
düyünlərinin postoperativ his-
topatoloji diaqnostikası, tiroid
düyünlərində cərrahi taktikanın
seçilməsi, tiroid düyünlərinin di-
aqnostikasında radioloji müayinə
üsullarının rolu və digər mövzu-
larla bağlı müzakirələr aparıldı.
ATU Macarıstan universitetləri
ilə əlaqələrini genişləndirir
“Tiroid düyünlərinə multidistiplinar
yanaşma” mövzusunda seminar
Xarici tələbələrə dərs deyən
müəllimlərin şəbəkəsi yaradılır
ATU-nun mətbuat xidməti
http://www.amu.edu.az
31 may 2016-cı il
4
Mayın 26-da Azərbaycan Tibb
Universitetin də yay sessiyası imtahanlarına
hazırlıqla bağlı müzakirə aparılıb. Universite-
tin rektoru, professor Gəray Gəraybəyli imta-
han nəzarətçiləri ilə görüşərək sınaq prosesinə
hazırlıq işləri ilə tanış olub, imtahanların
yüksək səviyyədə təşkili üçün qarşıda duran
məqsədlər haqqında danışıb.
Rektor qeyd edib ki, iyun ayının 1-dən
21-dək ATU-da attestasiya, yekun
dövlət imtahanları və buraxılış işlərinin
müdafiəsi keçiriləcək: “Hər tədris ilinin
sonunda bu proseduralar verilir. Lakin
bu il Tibb Universiteti dövlət imtahanları
ilə bağlı xeyli yeniliklər tətbiq edib. Bun-
lardan biri də beynəlxalq standartlara
uyğun olaraq Obyektiv Strukturlaşdırıl-
mış Klinik İmtahan sistemi ilə imtahan-
ların keçirilməsidir. Artıq yeni sistemin
tətbiqi ilə bağlı treyninqlər keçirilib.
İstənilən halda, OSKİ bizim üçün yeni
üsuldur və prosesin təkmilləşdirilməsi
davam etməlidir”.
Professor Gəray Gəraybəyli bildirib
ki, həmişə olduğu kimi qarşıda duran
əsas məsələlərdən biri tələbələrə qarşı
xoşməramlı münasibətin qorunub sax-
lanmasına nail olmaqdır: “Bununla bağ-
lı universitetimizin xüsusi dəsti-xətti
olub, belə də davam edəcək. İmtahan-
lar tam obyektiv şəraitdə keçirilməli,
tələbələrə qayğı göstəril mə lidir. Biz bu
strategiyamıza sadiq olmalıyıq”.
Daha sonra ATU-nun tədris hissə
müdiri, dosent Nəsimi Qasımov çıxış
edərək imtahanlara hazırlıq işlərinin
gedişi ilə bağlı müvafiq sənədləri işti-
rakçıların diqqətinə çatdırdı. ATU-nun
metodik innovasiya şöbəsinin müdi-
ri, professor Akif Qurbanov Obyektiv
Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ)
haqqında görüş iştirakçılarına ətraflı
məlumat verdi. ATU-nun tədris işləri
üzrə prorektoru, professor Sabir Əliyev
imtahana mövcud hazırlığın vəziyyəti
haqqında danışdı. Sonda prosesin daha
da təkmilləşdirilməsi ilə bağlı imtahan
nəzarətçilərinin təklifləri dinlənildi.
Tələbələr tərəfindən III cərrahi
xəstəliklər kafedrasının do-
senti Sabir Hacıyev haqqında
Azərbaycan Tibb Universite-
tinin rektoru, professor Gəray
Gəraybəyliyə şikayət məktubu
göndərilib. Həmkarlar İttifa-
qı Komitəsinin Rəyasət Heyəti
həmin
məktubu
müzakirə
edərək adı şəkilən dosentin
cəzalandırılmasına razılıq verib.
24 may 2016-cı il tarixində
universitetin rektoru III cərrahi
xəstəliklər kafedrasının dosenti
Sabir Hacıyevə töhmət verilməsi
haqqında əmr imzalayıb.
Tədbirin məqsədi elekt-
ron səhiyyənin formalaşdırıl-
masına elmi dəstək verilməsi
və
prioritetlərin
müəy-
yən ləşdirilməsi, bu sahə-
də aparılan elmi tədqiqat
la-
rın əla qə lən diril məsi, eləcə
də xarici ölkələrin müvafiq
elmi mərkəzləri ilə davamlı
əməkdaşlıq əlaqələrinin təş-
kilindən ibarət idi.
AMEA-nın Əsas binasın-
da keçirilən tədbirdə ölkənin
müvafiq dövlət qurumla-
rının rəhbərləri, ali təhsil
müəssisələri və AMEA-nın
elmi-tədqiqat institutlarının
informasiya texnologiyaları
və tibb sahələri üzrə aparı-
cı alim və mütəxəssisləri, KİV
nümayəndələri iştirak edirdi.
Konfransı giriş nitqi ilə
açan AMEA prezidenti, aka-
demik Akif Əlizadə e-tibbin
formalaşması problemlərinin
müxtəlif aspektləri ilə məşğul
olan alim və mütəxəssislərin
bir araya gəlməsi və gələcək
əməkdaşlıq perspektivlərinin
müəyyənləşdirilməsi baxı-
mından konfransın böyük
əhəmiyyətə malik olduğunu
bildirdi.
AMEA prezidenti akademi-
yada bu istiqamətdə aparılan
elmi tədqiqatlardan söz aça-
raq bildirdi ki, prioritet elmi
istiqamətlər sırasında biolo-
giya və tibb sahəsində dün-
yanın yeni çağırışlarına uy-
ğun araşdırmaların aparılması
əsas hədəflərdəndir.
Səhiyyə nazirinin müa-
vini Elsevər Ağayev ölkədə
e-tibbin
formalaşma-
sı ilə bağlı həyata keçirilən
tədbirlər və əldə olunan uğur-
lardan danışdı. Bildirdi ki,
bu istiqamətdə “Azərbaycan
Respublikasında
informa-
siya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün
Milli Strategiya” çərçivəsində
kompleks tədbirlər həyata
keçirilir.
Milli Məclisin Səhiyyə
Komitəsinin sədri, AMEA
Biologiya və Tibb Elmləri
Bölməsinin
akademik-ka-
tibi,
akademik
Əhliman
Əmiraslanov ölkədə səhiyyə
və tibb elminin inkişafına
göstərilən qayğıdan söz açdı.
O, bütün regionlarda yeni
səhiyyə obyektlərinin tikilib
istifadəyə verildiyini, tibb el-
minin ən son yenilikləri, tex-
noloji innovasiyalar, müasir
müalicə üsullarının klinika
və sağlamlıq mərkəzlərində
uğurla
tətbiq
edildiyi-
ni, həkimlərin peşəkarlıq
səviyyəsinin artırılması üçün
səmərəli işlərin görüldüyü-
nü söylədi. Səhiyyə Nazirli-
yinin elmi müəssisələrində,
o cümlədən Milli Onkologiya
Mərkəzinin nəzdindəki Nüvə
Təbabət Mərkəzində ən son
texnologiyaların tətbiq edil-
diyini qeyd etdi.
Tədbirdə AMEA-nın aka-
demik katibi, İnformasiya
Texnologiyaları
İnstitutu-
nun direktoru, akademik Ra-
sim Əliquliyev “Elektron tib-
bin formalaşmasının aktual
elmi-nəzəri problemləri
və həlli perspektivləri”
mövzusunda
məruzə
ilə çıxış etdi. Akademik
e-tibbin
e-hökumətin
tərkib hissəsi olduğunu
qeyd edərək bu sahədə
mövcud
problemlərin
multidissiplinar xarakter
daşıdığını nəzərə çatdır-
dı. E-tibbin texnoloji, iq-
tisadi, demoqrafik, psi-
xoloji, hüquqi, etik və s.
aspektlərinə xüsusi diqqət
yetirilməsinin vacibliyini
qeyd etdi. R.Əliquliyev İnfor-
masiya cəmiyyəti məsələləri
üzrə Tunis Dünya Sammiti,
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası,
“Azərbaycan Respublikasın-
da informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-
ci illər üçün Milli Strategi-
ya”, Ümumdünya Səhiyyə
Təşkilatının e-səhiyyəyə dair
sənədlərində e-tibbin çoxas-
pektli problemlərinə xüsusi
yer verildiyini diqqətə çatdır-
dı.
Tədbirdə
həmçinin
Fövqəladə Hallar Nazirliyi-
nin əməkdaşı Vurğun Hacı-
yev “Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyində
mövcud tibbi informasiya
sistemlərinin imkanları haq-
qında”, Azərbaycan Tibb Uni-
versitetinin rektoru, profes-
sor Gəray Gəraybəyli “Tibbi
təhsildə kompyuter texno-
logiyaları”, AMEA İdarəetmə
Sistemləri İnstitutunun di-
rektoru, akademik Telman
Əliyev “Azərbaycan Respubli-
kasında tibbi informatikanın
təşəkkülü və perspektivləri”,
Respublika Elmi Tədqiqatların
Əlaqələndirilməsi
Şurası-
nın Tibb elmləri üzrə elmi
şurasının sədri, AMEA-nın
müxbir üzvü Nuru Bayra-
mov “Təbabətdə informasi-
ya texnologiyaları və ölkədə
həllini gözləyən problemlər”
mövzusunda
məruzələrlə
çıxış etdilər. Elektron tib-
bin elmi-nəzəri və prak-
tiki problemlərindən bəhs
edilərək, onların həlli üçün
yeni imkanların yaranması
baxımından konfransın mü-
hüm əhəmiyyət kəsb etdiyi
bildirildi.
Konfrans öz işini AMEA
İnformasiya Texnologiyaları
İnstitutunda üç paralel sek-
siya iclasında davam etdirib.
“Tibdə İKT-nin elmi-nəzəri
problemləri”, “Tibdə İKT-
nin praktiki problemləri” və
“İKT-nin tibbi problemləri”
seksiyaları üzrə elektron tib-
bin formalaşmasının kon-
septual əsasları, texnoloji
təminatı,
təşkilati-hüquqi,
təhlükəsizlik,
terminolo-
ji problemləri, sosial-iqtisadi
aspektləri və s. mövzularda
75 məruzə təqdim olunub.
M
ayın 24-də AMEA
Rəyasət Heyəti, AR
Səhiyyə Nazirliyi, Azərbaycan
Tibb Universiteti və
Informasiya Texnologiyaları
Institutunun birgə təşkilatçılığı
ilə “Elektron tibbin
multidissiplinar problemləri”
I Respublika elmi-praktik
konfransı baş tutub.
“Elektron tibbin multidistiplinar problemləri”
I Respublika elmi-praktik konfransı
“Elektron tibbin multidistiplinar problemləri”
I Respublika elmi-praktik konfransı
ATU-nun mətbuat xidməti
Rektor imtahanla bağlı göstərişlər verdi
31 may 2016-cı il
http://www.amu.edu.az
5
Simpozium öncəsi rəhbərlik arasında görüş
keçirildi. Görüşdə ATU-dan elmi işlər üzrə
prorektor İbrahim İsayev, Beynəlxalq Əlaqələr
üzrə prorektor Rəhimə Qabulova, Tədris
Cərrahiyyə Klinikasının direktoru Nuru Bayra-
mov, klinikanın baş həkimi Asiman Həsənov,
mama-ginekologiya şöbəsinin müdiri Turab
Canbaxışov iştirak etdilər. Türkiyədən isə pro-
fessor Dr.Bülent Gülekli, professor Dr.Uğur
Saygılı, professor Dr.Sabahattin Altunyurt,
professor Dr.Cemal Posacı görüşə qatılaraq,
ATU və Dokuz Eylül Üniversitesi arasında
əlaqələrdən danışıblar. Türkiyəli professorlar
ATU-da təhsilin yüksək səviyyədə olmasını
qeyd etdilər və iki universitet arasındakı işgü-
zar əlaqələrdən məmnunluqlarını bildirdilər.
Daha sonra simpozium öz işinə başladı.
Tədbiri giriş sözü ilə açan ATU-nun prorekto-
ru İbrahim İsayev qonaqları salamladı və konf-
ransa işində uğurlar dilədi. Daha sonra Dokuz
Eylül Üniversitesinin rektoru Bülent Gülekli
çıxış edərək, problemli hamiləliklər barədə
danışdı. O, hamiləlik zamanı qadın bətnində
yaranan infeksiyalar, sonsuzluq və bunun
müalicəsi barədə məlumat verdi.
Üç hissədən ibarət simpoziumun 1-ci
hissəsində riskli hamiləliklərə, 2-ci hissəsin-
də ginekoloji onkologiya, 3-cü hissədə isə
sonsuzluq probleminə həsr olunan məruzələr
dinlənildi.
Simpozium mövzuların müzakirəsi ilə da-
vam etdi.
Rəsmi hissəni Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri Məhəbbət
xanım Vəliyeva açaraq müsabiqə
iştirakçılarına yaratdığı şəraitə görə
rektor Gəray Gəraybəyli başda ol-
maqla universitet rəhbərliyinə dərin
təşəkkürünü bildirib. Ölkəmizin
qədim tarixə, zəngin mədəni
irsə malik olduğunu vurğula-
yan Məhəbbət xanım dövlətimizin
bu istiqamətdə apardığı təbliğatı
Azərbaycanın dünyada tanınması-
nın başlıca səbəblərindən biri kimi
xarakterizə edib. Eyni zamanda
mütərəqqi bir dövrdə yaşadığımı-
zı, əvvəlki dövrlərdən fərqli olaraq
dəqiq elmlərə diqqətin artırıldığını
söyləyib.
Uzun illərdir ki, IX-XI sinif şagird-
ləri arasında fənn olimpiadalarının
keçirildiyini də diqqətə çatdıran
xanım Vəliyeva əvvəllər olimpiada-
ların məzmununu mürəkkəb tapşı-
rıqların əhatə etdiyini deyib. Onu da
qeyd edib ki, artıq I-II mərhələlərdə
şagirdlər məktəblərdə tədris olunan
proqramlar üzrə dərin biliklər nü-
mayiş etdirir, ancaq III respublika
mərhələsində iştirak hüququ qaza-
nanlar daha mürəkkəb tapşırıqları
yerinə yetirirlər.
Artıq 5-ci ildir ki, ölkəmizdə
keçirilən “Sabahın alimləri” adlı
fənn müsabiqələri barədə də tədbir
iştirakçılarını
məlumatlandıran
Məhəbbət xanım bu günkü final
müsabiqəsinin tarixçəsinə də to-
xunub. Analoji olaraq eyni format-
da kimya və fizika fənləri üzrə də
keçirilən müsabiqələrin müxtəlif
sahələr üzrə yaradıcı qabiliyyətə
malik uşaqların potensialını, xüsu-
si istedadını üzə çıxarmaq məqsədi
daşıdığını vurğulayıb.
Sevdiyi ixtixasa hazırlaşan hər
bir şagirdin gələcək hədəflərini
müəyyənləşdirməsi,
universitet
həyatı ilə yaxından tanış olması baxı-
mından yekun müsabiqələrinin orta
məktəblərdə deyil, ali məktəblərdə
keçirilməsinin əhəmiyyətini xü-
susi vurğulayan Məhəbbət xa-
nım bu mərhələyə qədər zəhməti
olan müəllimlərin, valideynlərin və
məktəb rəhbərlərinin fəaliyyətini də
yüksək qiymətləndirib.
Tədbir iştirakçılarını Azərbaycan
Tibb Universitetinin rektoru, profes-
sor Gəray Gəraybəylinin, professor-
müəllim heyətinin adından salamla-
yan tədris işləri üzrə prorektor, pro-
fessor Sabir Əliyev respublikamızın
yeganə ali tibbi təhsil ocağının tarixi
inkişaf yolundan ətraflı söhbət açıb.
Hazırda universitetimizdə 1300
nəfərdən ibarət pedaqoji heyətin,
o cümlədən 160 professorun ça-
lışdığını xatırladan prorektor bildi-
rib ki, onların bir çoxu Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
və müxbir üzvüdür. SSRİ dövlət
mükafatı alan alimlərimiz var. 27
ölkədən gələn tələbələrin də təhsil
aldığı universitetdə dərslər 3 dildə -
Azərbaycan, ingilis və rus dillərində
aparılır.
Yeni yaradılan universitet kli-
nikaları, tibbi təhsilin rezidentura
pilləsi haqqında da qonaqlara ge-
niş məlumat verən prorektor bio-
logiyanın təbabətin əsasında duran
təməl fənni olduğunu bildirərək bu
müsabiqədə iştirak edən, gələcəkdə
Tibb Universitetinində təhsil almaq
arzusunda olan şagirdlərə istedad-
lı tələbələrimizi nümunə göstərib,
gənc tədqiqatçılara uğurlar diləyib.
Biologiya fənninin təbabətdəki
rolundan danışan ATU-nun tibbi bi-
ologiya kafedrasının müdiri, profes-
sor Canbaxış Nəcəfov müsabiqənin
demokratik şəraitdə keçəcəyinə
inamını ifadə edib.
Rəsmi hissədən sonra start verilən
müsabiqənin final mərhələsinə 24
komanda qatılıb.
Bakı şəhəri ümumtəhsil məktəb-
lərinin VIII-X sinif şagird lərinin
iştirak etdiyi müsa biqənin final
mərhələsində tərkibi 3 nəfərdən
ibarət olan komandalar 2 akade-
mik saat ərzində ümumtəhsil və
məktəbdənkənar təhsil müəssi-
sələrinin proqramlarına uyğun ola-
raq biologiya fənni üzrə 30 su-
aldan ibarət testi, 5 məsələni və 1
təcrübə işini yerinə yetirib.
Qaliblər ekspert qrupu tərəfindən
5 bal sistemi ilə müəyyənləşdirilib.
Çox bal toplayan komandalar qalib
hesab olunub. Final mərhələsində
qalib komandaların rəhbərləri ilə
yanaşı, həmin məktəblərin direk-
torları, tərbiyə işləri üzrə direktor
müavinləri və uşaq birliyi rəhbərləri
də iştirak ediblər.
Arif MƏMMƏDLI
M
ayın 19-da Azərbaycan
Tibb Universitetində
gənc bioloqların yaradıcılıq
Dostları ilə paylaş: |