müsabiqəsinin final mərhələsi
keçirilib. Müsabiqədən öncə
şagird və valideynlərin, fənn
müəllimlərinin, məktəb
direktorlarının, Bakı Şəhəri üzrə
Təhsil Idarəsi əməkdaşlarının,
eləcə də ATU nümayəndələrinin
qatıldığı rəsmi hissə baş tutub.
GƏNC BİOLOQLARIN YARADICILIQ MÜSABİQƏSİNİN
FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB
GƏNC BİOLOQLARIN YARADICILIQ MÜSABİQƏSİNİN
FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikasında “Azərbaycan-Türkiyə
1-ci endokrin günləri” konfransı keçirildi.
T
ədbirdə
Türkiyədən
dəvət
olunmuş
mütəxəssislər, Tibb Universitetinin elmi işlər
üzrə prorektoru, professor İbrahim İsayev,
Tədris Cərrahiyyə Klinikasının direktoru, professor
Nuru Bayramov, klinikanın baş həkimi, dosent Asi-
man Həsənov, eyni zamanda, klinikanın həkim və
rezidentləri iştirak edib.
Konfransı açıq elan edən ATU-nun elmi işlər üzrə prorektoru,
professor İbrahim İsayev tədbir iştirakçılarına Tibb Universitetinin
fəaliyyəti haqqında geniş məlumat verdi. O qeyd etdi ki, universitet
klinikalarının yaranmasında ümumilli lider Heydər Əliyevin çox böyük
rolu olub. “Tibbə, səhiyyəyə diqqət ayıran Heydər Əliyevdən sonra,
cənab prezident İlham Əliyev də bu diqqətdən kənar qalmayıb, Tibb
Universitetinin nəzdində fəaliyyət göstərən klinikaların yaranma-
sında böyük töhvələri olub. Əvvəl Stomatoloji Klinika yarandı. Daha
sonra onkoloji, son illərdə isə iki böyük klinika Azərbaycan Tədris
Cərrahiyyə Klinikası və Tədris-Terapevtik Klinikasının yaranmasında
bilavasitə iştirak etdi.
Klinikaları avadanlıqlarla təchiz etdi və öz xeyir duasını verdi”.
Professor İ.İsayevin sözlərinə görə, klinikaların təkmilləşməsində
türkiyəli həkimlərin də böyük köməkliyi olub: “Bizim həm dilimiz,
həm dinimiz, həm də adətlərimiz yaxındır. Hər sahədə yeni işə baş-
layanda, türkiyəli həkimlər təmənnasız olaraq bizə yardımçı olublar.
Demək olar ki, Türkiyənin əksər universitetləri ilə tələbə mübadiləsi
edirik. Bizim əməkdaşlığımız bundan sonra da davam edəcək”.
İ.İsayev sonda universitet rəhbərliyi adından Türkiyədən gələn qo-
naqlara öz təşəkkürünü bildirdi.
Tədbirdə iştirak edən deputat, opt.dr. Ceyhun İrgil Azərbaycanda
olduğundan məmnunluq hissi keçirdiyini bildirdi və endokrin
cərrahiyyəsi haqqında tədbir iştirakçılarını məlumatlandırdı: “Tiroid
cərrahiyyəsində əvvəl hər kəsi əməliyyat edirdik. Ancaq çox şükür
ki, son illərdə tiroid əməliyyatlarının 90 faizinin gərəksiz olduğu
iddia edilir. İndi sadəcə 10 faiz əməliyyatlarımız olur. Nə qədər az
əməliyyat etsək, bizim üçün bir o qədər yaxşı olar”.
Daha sonra professor, dr. Seher Demirer Azərbaycanla bağlı öz
təəssüratlarını bölüşdü: “Türkiyə torpaqlarından kənarda, başqa bir
coğrafiyada mənim soydaşlarımla birlikdə olmağım, eyni dildə da-
nışmağımız, eyni inanclara sahib olmağımız məni çox xoşbəxt etdi.
Burada olmaq mənim üçün qürurvericidir”.
Seher Demirer onu da bildirdi ki, hazırda onların universitetlərində
təhsil alan azərbaycanlı tələbələr var və onlarla işləmək türkiyəli
həkimlərə zövq verir.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazir-
liyi, Azərbaycan Tibb Universiteti, Fatih Universiteti Tibb Fakültəsi
Xəstəxanası, Ərzurum, Atatürk Universiteti, “Sağlamlıq Naminə
Təbiblər” İctimai Birliyi, Ankara Tibb fakültəsi və Bursa Omena
Cərrahi Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirildi.
“Azərbaycan-Türkiyə
1-ci endokrin günləri”
konfransı
ATU-nun mətbuat xidməti
“Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir
yanaşma” adlı
elmi-praktiki simpozium
M
ayın 20-də Azərbaycan
Tibb Universitetinin (ATU)
Tədris Cərrahiyyə Klinikasında
yerli və Türkiyədən dəvət olunmuş
mütəxəssislərlə birgə “Ginekoloji
problemlərə və riskli hamiləliklərə
müasir yanaşma” adlı elmi-praktiki
simpoziumu keçirildi.
http://www.amu.edu.az
31 may 2016-cı il
6
u
Tələbələr arasında keçiri-
lən “Famelab” yarışması bu gün-
lər
də başa çatıb. Yarışmanın
məqsədi dəqiq elmlər, texnolo-
giya, mühəndislik və tibb kimi
sahələrdə təhsil alan və işləyən
insanları, bacarıqlı kommuni-
katorları ortaya çıxarmaqdan
ibarət idi.
Sevindirici haldır ki, Azərbaycan
Tibb Universitetinin tələbəsi də Britsh
Council-un Qafqaz Universiteti ilə birgə
keçirdiyi bilik yarışmasında yarımfinal
mərhələsinə çıxıb.
ATU-nun II müalicə-profilaktika fakültə-
sinin I kurs tələbəsi Fidan Bəylərova deyir
ki, “Famelab” haqqında elanı görən an-
dan onda yarışmada iştirak etmək həvəsi
baş qaldırıb: “Online qeydiyyatdan keçib
yarışmaya iştirak haqqı qazandım. Daha
sonra isə yarımfinala vəsiqə qazanan 30
nəfərdən biri ola bildim. Onlardan yalnız ilk
yerləri tutmuş 10 nəfər final mərhələsinə
çıxa bilərdi”.
Fidan Bəylərovanın sözlərinə görə, iş-
tirakçılar 3 dəqiqə ərzində özlərinin seç-
diyi müəyyən mövzu haqqında məlumatı
qeyri-peşəkar auditoriyaya çatdırmalı olub-
lar. Konkret meyarlara əsasən çıxışlar 5
nəfərdən ibarət münsiflər heyəti tərəfindən
qiymətləndirilib.
ATU-nun tələbəsi “Tibbi simvollar və
emblemlər” mövzusu ilə bağlı çıxış edib.
O, gündəlik həyatımızda hər birimizin
rast gəldiyimiz tibbi simvollar (məsələn
apteklərdəki ilan və qədəh təsviri, qır-
mızı xaç və aypara və s.) haqqında audi-
toriyaya ətraflı məlumat verib: “Əsasən
4 simvol haqqında qısa məlumat ver-
dim - Asklepi əsası, qədəhə sarılmış
ilan, qırmızı xaç və aypara, həyat ul-
duzu. Bunlardan əlavə ilan təsvirinin
tibbi simvolikadakı rəmzi mənası və
yeri barədə də ümumi məlumatı audi-
toriyaya çatdırdım. Təəssüf ki, mövzu
çox geniş olduğundan, zamanla bağlı
problem yaşadım. Bununla belə auditori-
yanın diqqətini cəlb edə bildim. Çıxışımın
mətnini İngilis və Azərbaycan dillərində ha-
zırlamışdım”.
Birinci kurs tələbəsi olan Fidan deyir ki,
bu, onun geniş auditoriya qarşısında ilk
çıxışı idi. Digər yarımfinal iştirakçılarının
hamısı yuxarı kurs tələbələri olublar: “İlk
çıxışım olduğu üçün olduqca həyəcanlı
idim, amma çalışırdım ki, bunu auditori-
yaya və münsiflərə hiss etdirməyim. Final
mərhələsinə vəsiqə qazana bilməsəm də,
münsiflər tərəfindən müsbət rəy aldım.
Onların səsləndirdiyi iradlar isə gələcək
fəaliyyətimə yardım olacaq”.
ATU tələbəsi bildirir ki, “Famelab” ya-
rışması onun üçün bir çox baxımdan
əvəzolunmaz təcrübə olub. O, belə
tədbirlərdə iştirak etməyin şərtlərini
öyrənib, yaxşı vaxt keçirməklə yanaşı,
həm də müxtəlif universitetlərin tələbələri
arasında yeni tanışlar qazanıb. Fidan
Bəylərova gələcəkdə ATU-nun adını daha
yüksək kürsülərdən səsləndirmək uğrunda
çalışacağını bildirib.
ATU-nun mətbuat xidməti
ATU-nun tələbəsi müsabiqənin yarımfinalında uğurla çıxış edib
u Bu günlərdə ümumi gigiyena və
ekologiya kafedrasının baş muəllimi,
tibb üzrə fəlsəfə doktoru Abdullayeva
Atiqə Ağa qızının 60 yaşı tamam olub.
Ömrünün 60-cı baharını yaşayan
Atiqə xanım Bakı şəhərində ziyalı
ailəsində dünyaya gəlib. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan
Dövlət Tibb Institutunun sanitariya-
gigiyena fakültəsinə daxil olmuş
və oranı 1979-cu ildə bitirmişdir.
1982-ci ildən Bakı şəhərinin müxtəlif
xəstəxanalarının və Elmi-Tədqiqat
Mamalıq və Ginekologiya Institutunun
laboratoriyalarında həkim-laborant
vəzifəsində işləmişdir.
A.Abdullayeva 2002-ci ildən
indiyə kimi Ümumi gigiyena və
ekologiya kafedrasında çalışır.
2009-cu ildə namizədlik disser-
tasıyası müdafiə edərək alimlik
dərəcəsi almışdır.
Atiqə xanım hazırda kafedra-
nın elmi-tədqiqat işlərinin yerinə
yetirilməsində iştirak edir, 45
çap olunmuş elmi məqalənin
müəllifidir. O, kafedranın və Uni-
versitetin ictimai işlərində fəal iş-
tirak edir, ona verilən tapşırıqla-
rı vaxtında və yüksək səviyyədə
yerinə yetirir. Atiqə xanım uğurlu
pedaqoji fəaliyyəti, çalışqanlığı,
tapşırılan işə məsuliyyətlə yanaş-
ması və yüksək daxili intizamı ilə
həm tələbələrin, həm də kafedra-
nın professor-müəllim heyətinin
rəğbətini qazanmışdır.
Kafedranın əməkdaşları Atiqə
xanımı ürəkdən təbrik edir, ona
təcrübəli müəllim, qayğıkeş ana,
mehriban və əziz nənə kimi uzun
ömür, can sağlığı və işlərində
uğurlar arzu edir.
Elmira ABASOVA,
Ümumi gigiyena və ekologiya
kafedrasının dosenti
ƏZİZ HƏMKAR,
SEVİMLİ MÜƏLLİM
“M
ersedes” markalı avto-
busumuz Azərbaycan
Tibb Universitetinin həyətindən çıxıb
Bakı-Quba yolu ilə istiqamət götür-
dü. ATU Həmkarlar İttifaq Komitəsi
üzvlərinin böyük əksəriyyətinin təmsil
olunduğu bu iki günlük səyahət turu
respublikamızın dilbər guşələrindən
olan Qusar rayonuna idi.
Universitetimizin rektoru, profes-
sor Gəray Gəraybəylinin tövsiyəsi ilə
əməkdaşların mənalı istirahətinin
təşkili məqsədi daşıyan bu cür səyahət
turlarının il boyu davam etdirilməsi
nəzərdə tutulub.
Avtobus yol boyu şütüyüb irəlilədikcə
şəhərin qarışıq havasından ayrılmış
insanlar xoş bir əhval-ruhiyyə ilə şi-
rin söhbət edir, deyib-gülür, istirahəti
təşkil edənlərə razılıq edirdilər.
Təbiətin məftunedici gözəlliyindən
doymaq bilməyən səyahət iştirakçı-
ları Azərbaycanımızın yaşıl çöllərini,
bağ-bağatlı yaşayış məntəqələrini,
atlas yarpaqlı meşələrini heyranlıq-
la seyr edə-edə üç saatın tamamında
Qusar rayon mərkəzində yaraşıqlı bir
binanın önündə avtobusdan endilər.
Bura Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Azərbaycan Respublika Komitəsinin
göz oxşayan, könül açan “Şəfa” sağ-
lamlıq düşərgəsinin həyəti idi.
Yol boyu əməkdaşları məlu matlan-
dıran universitetin Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent Cahangir
Qasımov səyahətçiləri səmimiyyətlə
qarşılayan “Şəfa” sağlamlıq oca-
ğının direktoru Zeynəddin Xas-
metovu təqdim etdi. Əməkdaşları
gülərüzlə, mehribanlıqla qarşılayan
Zeynəddin müəllim düşərgə barədə
ətraflı məlumat verdi. Eyni zamanda
düşərgənin təşkilində və yaradılma-
sında Səhiyyə İşçiləri Həmkarlar İttifa-
qı Respublika Komitəsinin sədri Emin
Əfəndiyevin böyük əməyini qeyd etdi.
İlk gəzinti məkanı Şahdağ Qış İdman
İstirahət Kompleksi oldu. Son illər bu-
rada möhtərəm prezidentimiz İlham
Əliyevin xüsusu təşəbbüsü və qay-
ğısı sayəsində yaradılmış adıçəkilən
idman istirahət kompleksində bö-
yük işlər görülmüşdür. Təbiətin bu
əsrarəngiz guşəsi insan əlləri ilə daha
da gözəlləşib. Biri-birindən yaraşıq-
lı binalar, meydançalar, dincəlmək
üçün düzəldilmiş oturacaqlar bu
yerləri daha da cana gətirmişdi.
Göy üzündə qartal kimi uçuşan
kanatlar bir tərəfdən insanları dağın
üstünə daşıyır, o biri tərəfdən qaytarıb
gətirirdi. Universitet əməkdaşları ka-
natlarla gəzintiyə çıxdılar. Kanatların
qalxdığı yüksəklikdə də xeyli yaraşıqlı
tikililər diqqəti çəkirdi.
Bu gəzintidə universitetin tanın-
mış professor-müəllim heyəti iştirak
edirdi. Bu gözəlliklərlə bağlı onlar da
məmnunluqlarını bildirdilər.
Bir yandan insanın yaratdı-
ğı xarüqələr, bir yandan da lacivərd
göylərdən axıb gələn sərin, baldır-
ğan, lilpar qoxulu məcun hava seli və
ətrafın füsunkar gözəlliyi səyahətçiləri
heyran qoydu.
Qartalların qıy vurub başımı-
zın üstündə dövrə vurduğu qoca
Şahdağına ehtiramımızı bildirərək
“Şəfa”ya dönürük. Yol boyu gözümüz
gözəllikdən, ruhumuz saf, təmiz, yar-
pız ətirli havadan doymaq bilmirdi...
Şam yeməyi çox mənalı, məzmunlu
keçdi. Süfrəyə düzülmüş nemətlər
bolluğu öz yerində, sazın sədaları al-
tında səslənən mahnılar, şeir parça-
ları, alimlərin çıxışları çox mənalı,
yaddaqalan oldu. Universitetin kafed-
ra müdirləri, professorlar, dosentlər
öz ürək sözlərini dedi, xüsusilə pro-
fessor İbadulla Ağayevin səsləndirdiyi
şeir parçaları və Balabəy Səfərovun
sazda ifa etdiyi mahnılar gecəyə xü-
susi bir rəng qatdı.
Ertəsi gün tezdən hər cür qayğı,
qulluqla qarşılandığımız “Şəfa”nı tərk
etməli olduq. Səmimiyyəti ilə yadda
qalan Ziynəddin müəllim əməkdaşları
yola salmağa çıxdı və “sizi yola
salarkən demək istərdim ki, kaş bu
mənzərəyə, bizim bu Qusara bir şeir
də həsr etmiş olaydınız”- dedi.
Qoca Qaf dağının sehrinə düşüb,
Təmiz havasını udmağa gəldim.
Səsimi zirvədə şahin qıyına,
Şəlalə səsinə qatmağa gəldim.
Bu qonaqpərvər məkandan ay-
rıldıq və avtobusumuz Nabrana
istiqamət götürdü.
Əməkdaşlarımız onlara doğma
olan Nabrandakı “Təbib” istirahət
düşərgəsində ehtiramla qarşılan-
dı. Bura gəlməkdə məqsəd yay
tətilində ATU-nun əməkdaşlarının
istirahətini “Təbib” düşərgəsində
daha mənalı təşkil etmək üçün
düşərgədə görülən yenidənqurma
işləri ilə tanış olmaq idi.
“Təbib” düşərgəsinin ərazisini
gəzdik,
idman
meydançasını
nəzərdən keçirdik, əməkdaşlar
düşərgə barədə fikirlərini söylədilər
və məlum oldu ku, hələ görüləsi
bir sıra işlər var. Səyahət iştirakçı-
ları əmin olduqlarını bildirdilər ki,
universitetin rəhbərliyi “Təbib”in
yenidən qurulmasına xüsusi qayğı
ilə yanaşacaqdır.
“Təbib” düşərgəsinin ziyarətin-
dən sonra iki günlük səyahət turu
başa çatdı.
Şahdağdan başlamış mavi Xəzərə
qədər olan ilahi gözəllik və insan-
ların biri-biri ilə qurduğu ünsiyyət
xoş bir təəssürat olaraq Tibb Uni-
versiteti əməkdaşlarının yaddaşı-
na həmişəlik həkk olundu.
Eldar ISMAYIL
YADDA QALAN SƏYAHƏT
31 may 2016-cı il
http://www.amu.edu.az
7
Azərbaycan Tibb Universitetində Tələbə
Həm karlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə
“Nə? Harada? Nə zaman?” (NHN) intellektual bi-
lik yarışması üzrə ATU NHN Kuboku təşkil olu-
nub.
Yarışa həmçinin ATU-nun Apoptoz İntellek-
tual Oyunlar Klubu təşkilati dəstək verib.
Qalib komandalara kubok, medal və digər
qiymətli hədiyyələr təqdim olunub.
İlk üç yeri müvafiq olaraq İnvictus (1) ,Şeş-
Qoşa (2), Paradoks (3) komandaları bölüşüblər.
Ö
lkəmizdə tibb təhsi
linin inkişa
fında Azər
baycan Demokratik Res
publikası tərəfindən 1919cu ildə
yaradılmış Azərbaycan Dövlət Uni
versitetinin (indiki BDU) tərkibində
fəaliyyət göstərən tibb fakültəsinin
müstəsna rolu olmuşdur.
1930-cu ildə həmin fakültənin bazası
əsasında 2 fakültədən ibarət (müalicə-
profilaktika və sanitariya-gigiyena)
müstəqil Azərbaycan Tibb İnstitutu yara-
dılmışdır (1991-cı ildə Universitet statusu
almışdır) Bu tarixi hadisə ölkəmizdə tibb
təhsilinin və səhiyyənin inkişafı üçün mü-
hüm addım idi.
Sonrakı 10 illiklərdə dövrün tələbinə
uyğun olaraq müxtəlif ixtisaslar üzrə
həkim kadrları hazırlamaq məqsədi ilə
yeni fakültələr yaradılmış və hazırda
onların sayı 7-dir (müalicə-profilaktika
fakültəsi I və II, pediatriya, tibbi-profilak-
tika, stomatologiya, əczaçılıq, hərbi tibb
fakültəsi).
Azərbaycanda o dövrdə uşaq
səhiyyəsi sahəsində çalışan həkimlərin
az olması, xəstəliklərin geniş yayılması
və uşaq ölümü hallarının yüksək olması
həkim-pediatr kadrlarının hazırlanma-
sı məsələsinin vacibliyini meydana çı-
xardı. Bu məqsədlə 1932-ci ildə ATİ-də
ana və uşaq mühafizəsi fakültəsi açıldı.
Bu fakültədə 2 ixtisas üzrə (mamalıq və
ginekologiya, pediatriya) mütəxəssis ha-
zırlamaq nəzərdə tutulmuşdur. Bu fakültə
öz fəaliyyətini 1936-cı ilə qədər davam
etdirmişdir.
Ana və uşaq mühafizəsi fakültəsinin
yaran masına qədər pediatr kadrları BDU-
nun tibb fakültəsinin məzunlarının ixtisas
kursları keçməsi yolu ilə hazırlanırdı. Bu
kurslar 1925-cı ildə Bakı şəhərində təşkil
edilmiş pediatriya institutunda fəaliyyət
göstərirdi. Sonradan bu institutun bazası
əsasında 1927-cı ildə «ET Ana və Uşaq
Mühafizəsi İnstitutu» təşkil edilmiş və
1986-cı ildə onun əsasında müstəqil «ET
Pediatriya Institutu» və «ET Mamalıq və
Ginekologiya İnstitutu» yaradılmışdır.
1936-cı ildə Azərbaycan Xalq Səhiyyə
Komisarlığının qərarı ilə (N 740-28 11
1936) müvafiq ixtisasa malik pedaqoji
kadrların və tədris bazasının çatışma-
mazlığı səbəbindən sanitariya-gigiyena
fakültəsi ləğv edilmiş və onun baza-
sı əsasında pediatriya fakültəsi təşkil
edilmişdir. Ləğv edilmiş fakültənin I-III
kurs tələbələri pediatriya fakültəsində
təhsillərini davam etdirmişlər. Əslində
indiki pediatriya fakültəsi 1932-cı ildə
təşkil olunmuş «Ana və uşaq mühafizəsi
fakültəsi»nin varisi hesab edilməlidir.
Qeyd etmək lazımdır ki, az sonra 1938-
cı ildən sanitariya-gigiyena fakültəsinin
fəaliyyəti yenidən bərpa olunmuşdur.
Pediatriya fakültəsinin ilk deka-
nı göz xəstəlikləri kafedrasının müdi-
ri, professor A.Trubin olmuşdur. Son-
rakı illərdə ardıcıl ola raq fakültəyə
professor M.Əfəndizadə, G.Qur banov,
dosent
P.Yüzbaşiniskaya,
profes-
sorlar A.Sultanov, S.Məmmədzadə,
S.Hacıyeva, B.İbrahimova, N.Axun-
dov, Y.Məmmədov, dosentlər A.Məhər-
rəmova,
K.Abdullayev,
professor-
lar
A.Mustafayev,
M.Bayramov,
E.Pənahova, dosent Z.Məmmədəliyeva
rəhbərlik etmiş, bütün bilik və bacarıqla-
rını fakültənin işinə həsr etmişlər. 1996-
cı ildən hazırkı vaxta kimi fakültəyə do-
sent N.Nağıyev rəhbərlik edir.
Pediatriya fakültəsinin yaranması ilə
əlaqədar olaraq yeni kafedra və klinikalar
təşkil edildi. Onların yaranması və inkişa-
fında BDU-nun tibb fakültəsinin 1920-cı
ildə yaradılmış uşaq xəstəlikləri kafed-
rasının (indiki II müalicə-profilaktika
fakültəsinin uşaq xəstəlikləri kafedrası)
böyük rolu olmuşdur.
Bu kafedraya professor A.Karnitski
rəhbərlik etmişdir. Sonrakı illərdə Res-
publikamızda pediatriyanın inkişafın-
da böyük xidmətləri olmuş professor
Ə.Qarayev, Z.Hüseynbəyov və digər
klinisistlər öz elmi-pedaqoji fəaliyyətilərini
məhz həmin kafedrada başlamışlar.
1937-cı ildə pediatriya fakültəsinin ilk
iki profil kafedraları təşkil edildi. Bunlar-
dan biri uşaqların fiziologiyası və diete-
tikası kursu daxil olmaqla erkən yaşlı
uşaqların xəstəlikləri kafedrası (ilk mü-
diri, professor Z.Hüseynbəyov), digəri
isə uşaq yoluxucu xəstəlikləri və vərəm
kursu daxil olmaqla böyük yaşlı uşaqların
xəstəlikləri kafedrası idi (ilk müdiri profes-
sor Ə.Qarayev). Bu kafedralar fəaliyyət
göstərdikləri müddətdə həkim kadrlarının
hazırlanmasında əsas rol oynamışlar.
1945-ci ildə təsdiq edilmiş yeni tədris
planı və ştat cədvəlinə müvafiq ola-
raq fakültənin mövcud profil kafedraları
əsasında uşaq xəstəliklərinin propedev-
tikası (ilk müdiri professor S.Hacıyeva),
fakültə pediatriyası (ilk müdiri profes-
sor Ə.Qarayev), hospital pediatriya və
uşaq yoluxucu xəstəlikləri kafedraları
yaradıldı (müdiri əvəzçilik üzrə professor
Ə.Qarayev).
Zaman keçdikcə fakültənin profil ka-
fedraları daha da inkişaf etdirilmiş və
dövrün tələblərinə uyğunlaşdırılmışdır.
1982-ci ildə hospital pediatriya kafedra-
sının bazası əsasında I uşaq xəstəlikləri
(müdiri akademik A.Namazova) və II uşaq
xəstəlikləri kafedraları yaradılmış (müdiri
professor Ə.Hacı yev), fakültə pediatriya-
sı kafedrası isə III uşaq xəstəlikləri kafed-
rası adlandırılmışdır (müdiri, professor
L.Hüseynova).
1987-ci ildə II uşaq xəstəlikləri kafedra-
sı ləğv edilərək I uşaq xəstəlikləri kafed-
rasına birləşdirilmiş və III uşaq xəstəlikləri
kafedrası isə II uşaq xəstəlikləri kafedra-
sı adlandırılmışdır.
1989-cu ildə I uşaq xəstəlikləri kafed-
rasının nəzdində təşkil edilmiş neona-
tologiya kursu 1990-cı ildə sərbəst kur-
sa çevrilmiş və 1991-cı ildə isə həmin
kursun əsasında neonatologiya kafed-
rası yaradılmışdır (ilk müdiri, professor
N.Tağıyev).
Pediatriya profilli kafedraların təşkili
və inkişafında, elmi-pedaqoji kadrla-
rın
hazırlanmasında
professorlar-
dan Ə.Qarayevin, Z.Hüseynbəyovun,
S.Şteynin, S.Hacıyevanın, M.Livanovun,
S.Cəfərovanın, Ə.Hacıyevin, M.Bayra-
movun, L.Hüseynovanın, P.Katsın,
N.Tağı yevin, V.Əsgərovun, dosentlərdən
Ə.Cabbarzadənin, M.Quliyevin böyük
xidmətləri olmuşdur.
Tarixi ənənələrin davam etdirilməsini,
ölkəmizdə pediatriya elminin və tibb
təhsilinin müasir səviyyədə yerinə
yetirilmə
si ni
hazırda
akademik
A.Namazova, professorlar S.Musayev,
İ.İsayev,
A.Əyyubova,
N.Quliyev,
N.Hüseynova, S.Həsənov, N.Hüseynova
və digərləri uğurla həyata keçirirlər. On-
ların rəhbərliyi ilə aparılan elmi-tədqiqat
işləri pediatriyanın aktual problemlərinə,
uşaq ölümünə səbəb olan xəstəliklərin,
perinatal patologiya və yenidoğulmuş
uşaqların xəstəliklərinin öyrənilməsinə
həsr edilmişdir.
Son 10 ildə pediatriya profilli kafedrala-
rın professor-müəllim heyyəti tərəfindən
6 dərslik, 7 monoqrafiya, dərs vəsaitləri
və çoxsaylı elmi məqalələr hazırlanmış-
dır . Fakültə alimləri Respublika tibb el-
mini Beynalxalq konqres, qurultay və
simpoziumlarda layiqincə təmsil edirlər.
Hazırda fakültənin tərkibində 7 kliniki,
3 nəzəri kafedralar və 1 kurs fəaliyyət
göstərir. Bu kafedralarda 22 nəfər tibb
elmləri doktoru (ondan 18 nəfəri profes-
sor), 47 nəfər dosent, 112 nəfər assistent
(ondan 56 nəfəri tibb üzrə fəlsəfə dok-
toru) çalışırlar.Fakültə əməkdaşlarından
7 nəfəri əməkdar elm xadimi, 5 nəfəri
əməkdar müəllim və 2 nəfəri əməkdar
həkim fəxri adlarına layiq görülmüşlər.
Universitetin maddi-texniki bazası və
təchizatı daima yaxşılaşır. Son illərdə 4
müasir Universitet klinikasının (onkolo-
ji, stomatoloji, tədris-terapevtik, tədris-
cərrahiyyə) istifadəyə verilməsi və uğurla
fəaliyyətləri buna sübutdur. Tələbələrin
müasir səviyyədə təhsil almaları və
gələcək karyeraları üçün universitetdə
bütün şərait mövcuddur.
Fakültədə tədris prosesi Azərbaycan
və rus dillərində aparılır. Təhsil müddəti
əvvəlcə 5 il, 1946-cı ildən etibarən 6 il
müəyyən edilmişdir. Təhsil müddətində
III-IV-V kurs tələbələri bacarıq
vərdişlərinə yiyələnmək məqsədi ilə
ölkəmizin tibb ocaqlarında və bir sıra xa-
rici ölkələrdə (Türkiyə, Almaniya) peşə
təcrübəsi keçirlər.
Fakültədə Tələbə Elmi Cəmiyyəti
uzun illərdi ki, fəaliyyət göstərir. İstedad-
lı tələbələrimiz klinika və laboratoriya-
larda elmi-tədqiqat işləri aparmaqla ilk
uğurlar qazanırlar. Onlar «İlin ən yaxşı
tələbə elmi tədqiqatçısı» adı uğurun-
da müsabiqədə, fakültə və ATU-nun
yekun elmi konfranslarında, eləcə də
beynəlxalq konfranslarda çıxış edərək
diplom və mükafatlara layiq görülmüşlər.
Eyni zamanda «Pediatriya» ixtisasına
dərindən yiyələnmək məqsədi ilə hər il
fənn olimpiadası keçirilir.
Fakültənin fəaliyyəti illərində yüksək
ixtisaslı mütəxəssislər hazırlanmış, onun
məzunları içərisindən görkəmli alimlər
və səhiyyə təşkilatçıları yetişmişdir.
Hazırda fakültə məzunları müxtəlif
ixtisaslar üzrə həkim mütəxəssis
kimi ölkəmizin dövlət və özəl klini-
kalarında,
poliklinkalarında,
diaq-
nostika mərkəzlərində, uşaq tibb
müəssisələrində, həmçinin bir sıra xarici
ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Fakültə məzunlarının diplomdan son-
rakı mütəxəssis hazırlığı 1 illik internatu-
ra hazırlığı keçməklə həyata keçirilmişdir
(1973- 2010-cu illər).
Tibb təhsili sistemində aparılan isla-
hatlara və dövrün tələblərinə uyğun ola-
raq Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 18 mart 50 nömrəli
qərarına əsasən rezidentura xətti ilə
həkim-mütəxəssis hazırlığı aparılan ix-
tisaslar siyahısına «Pediatriya» ixtisası
da daxil edilmişdir. Bu səbəbdən 2010-
cu ildən pediatriya fakültəsinə tələbə
qəbulu dayandırıldığından 2015/2016-
cı tədris ili fakültənin sonuncu məzun ili
olacaqdır. VI kursda təhsil alan 150 nəfər
tələbə Dövlət Attestasiyasından sonra
arzularına uyğun olaraq öz təhsillərini
rezidenturada davam etdirəcək, ya da
praktiki səhiyyədə çalışacaqlar.
Pediatriya fakültəsi 80 illik fəaliyyəti
dövründə şərəfli inkişaf yolu keçmiş,
ölkəmizdə peşəkar tibb mütəxəssisləri
hazırlanmasının və tibbin müxtəlif
sahələri üzrə aparılan elmi-tədqiqat
işlərinin müasir səviyyədə yerinə
yetirilməsinin aparıcı qüvvəsinə çeviril-
mişdir.
Dostları ilə paylaş: |