Rəqəmsal kamera
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.
Ders-16. Monitor
Monitor - kompyuterin xarici qurğusu. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır.
Monitorlar əsasən 3 növə bölünür:
IBM PC kompyuterinin monitoru ekrana mətnin və qrafik informasiyanın çıxarılması üçün nəzərdə tutulub. Monitor adi televizora oxşayır, çünki onların hər ikisi təsviri kineskop vasitəsilə formalaşdırırlar, lakin daxildə onlar çox fərqlənirlər. Monitorlar rəngli və monoxrom olur və bir-birindən ölçüsü ilə fərqlənir, adətən kineskopun diaqonalı 14-dən 21 düymə qədər olur. Monitorlar eləcə də çıxarılan təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər. Belə ki, monitorda təsvirin üfüqi və şaquli istiqaməti üzrə nöqtələrin sayı müxtəlif monitorlarda 640x480 nöqtədən 1600x1280 nöqtəyədək ola bilər. Eləcə də ekrana verilən təsvirdə müxtəlif rənglərdən istifadə etmək olar, bu rənglər 16-dan 16,8 milyona qədər ola balər.
Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ) monitorlar
CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı tridalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green) və mavi (Blue) rəngi əks etdirən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımi rəngi verir. Məsələn, ağ rəngi vermək üçün RGB(255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB(0,0,0). Beləliklə, hər pikselə bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.
LCD (Liquid Crystal Display – Maye Kristallı Displey)
LCD texnologiyası, iki elmi xüsusiyyətdən istifadə edir: İşığın polyarlaşdırılması və maye kristalların elektrik cərəyanına təsir etmə xüsusiyyəti. Birbaşa öz qaynağından çıxan işığın əks etdikdən və sındıqdan sonra meydana gələn xüsusiyyətlərin bütününə polyarlaşma deyilir. Maye kristallar əslində maye deyil. Molekulları sanki maye kimi çox fərqli nöqtələrə hərəkət edə bilir. Ancaq eyni zamanda molekulları kristaldakı kimi yan-yana da düzülə bilir.
LCD monitorda rəng layları
LCD, iki polyarlaşma filtrinin aralarına qoyulmuş bir maye kristal təbəqədir. Ondan sonra onun arxasında ağ arxa işığı var (backlight). Ağ işığın dalğaları hər istiqamətə əsir. Bu mərhələdə, polyarlaşma filtrləri bütün işığın qarşısını kəsərək, yalnız eyni polyarlaşma düzlüyündə olan titrəmələrin keçməsinə icazə verir. Məsələn, şaquli polyarlaşma filtrindən ancaq şaquli polyarlaşmış (şaquli əks edən və sınan) işıq keçir. LCD-nin ikinci filtri isə üfüqidir. Parlayan işığın hər növünün hərəkətinə mane törədilir.
Maye kristalın vəzifəsi isə işığı əyməkdir. Maye kristallar molekullar zənciri, “sıraya düzmə təbəqəsi” adı verilən lövhələrə əlavə edilir və işığı 90 dərəcə çevirir. İşıq, polyarlaşmanı şaqulidən üfüqiyə dəyişən kristalları izləyir. İşıq şüaları, beləliklə ikinci filtrdən keçir və nəticədə ekrana parlaq və keyfiyyətli təsvir çıxır.
Böyük bir şəkli göstərmək üçün kiçik tranzistorlar pikselleri bir-bir açıb bağlayır. Bunlar maye kristal təbəqənin müəyyən hissələrinə cərəyan göndərir. Sonra hər piksel qırmızı, yaşıl və mavi alt piksellərə bölünərək ekranda rəngli təsvirlər meydana gəlir. Təsvirin parlaqlığı və canlılığı voltaj tətbiqi ilə təmin edilir. Bu cür LCD ekranlara “aktiv matris” deyilir, çünki ekrandakı hər alt piksel üçün bir tranzistor istifadə edilir. Bu texnologiya, tel şəbəkələr vasitəsilə voltaj tətbiq edən “passiv matris” ekranlara nisbətlə daha yaxşı nəticə verir.
Dostları ilə paylaş: |