Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə165/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   281
TƏFSİR ÜSULU VƏ TARİXİ
144
ğın  məhsulu  yaxşı  olduğu  kimi  yaxşı  mömünün  də  əməli  yaxşı-
dır. Məhsulsuz torpağın məhsulu qıt və pis olduğu kimi kafirin də 
əməli pisdir.
Qurandakı məsəlləri ələ alan bir çox müstəqil əsər qələmə alın-
mışdır ki, bunlardan bir neçəsi aşağıdakılardır:
ət-Tirmizi (vəfatı-279/892), əl-Əmsal minəl-Kitab və Sünnə 
İbnul-Qayyim əl-Cəvziyyə (vəfatı-751/1350), əl-Əmsal Fir Qur-
a nil-Kərim
Abdürrəhman Həsən əl-Meydaniəl-Əmsalul-Quraniyyə
Q. Xəlqul-Quran məsələsi
Əhli-sünnə alimləri Qurani-kərmin Allahın kəlamı olduğu üçün 
məxluq olmadığı görüşünü mənimsəmişlər. İslam dininin meyda-
na çıxdığı ilk əsrdə Quranın məxluq olub-olmadığı məsələsi yox idi. 
Lakin hicri II əsrdə başlayan bu məsələ ilə bağlı mübahisələr, hic-
ri III əsrdə daha da artdı. Mötəzili məzhəbinin təsiri altında qalan 
xəlifə Məmun (h.198-218) Quranın məxluq olduğunu rəsmi olaraq 
elan etdi. O bu görüşə qarşı çıxan alimlərə müxtəlif işgəncələr ver-
dirmiş və bu işgəncələr nəticəsində də onların bir çoxu vəfat etmiş-
di. Bu alimlər arasında dövrün böyük alimi hesab olunan Əhməd 
İbn  Hənbəl  də  vardı.  “Xəlqul-Quran”  məsələsi  xəlifə  Mötəsim 
(h.218-227)  və  əl-Vasiq  (h.227-232)  zamanında  da  davam  etmiş, 
Mütəvəkkilin (232-247) hakimiyyətə gəlməsi ilə isə bu məsələ qa-
dağan edilərək əhli-sünnə alimlərinin görüşü əsas alınmışdır. 
Mənbələr  “xəlqul-Quran”  məsələsinin  əslində  daha  əvvəlki 
dövrlərdə  ortaya  çıxdığını  göstərir.  Tədqiqatçı-alim  Zəhəbi  qeyd 
edir ki, Cad ibn Dirhəm adlı bir nəfərin “Allah İbrahimi dost seçmədi 
və Musa ilə danışmadı” fikrini irəli sürdüyü üçün qətl edilmişdir.


QURAN ELMLƏRİ
145
Mötəzili  alimlər  Quranın  məxluq  olduğunu  söyləsə  də,  bu 
məsələnin  bəzi  yönləri  ilə  əlaqədar  onlar  arasında  da  ixtilaflar 
olmuşdu.  Belə  ki,  onların  bir  hissəsi  Quranın  cism  olduğunu 
söylərkən,  digər  bir  hissəsi  isə  onun  cism  olmadığı  qənaətində 
idilər. Həmçinin onların bəzisi Quranın baqi olduğu, bəzisi isə baqi 
olmadığı  fikrini  irəli  sürmüşlərdi.  Ancaq  əvvəllər  mötəzili  olan 
Əşərinin Quranın qeyri-məxluq olduğu görüşünü müdafiə etməsi 
ilə mötəzili məzhəbinin görüşü tədricən ortadan qalxdı.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin