TƏFSİR ÜSULU VƏ TARİXİ
154
Bilindiyi kimi Quran ayələri fasilələrlə müxtəlif səbəblərə görə
nazil olmuşdur. Ancaq ayələrin fərqli-fərqli zamanlarda nazil ol-
ması onlar arasında hər hansı bir əlaqənin olmaması demək deyil-
dir. Həm ayələr və surələr, həm də ayələrin və surələrin əvvəli ilə
axırları arsında elə bir əlaqə vardır ki, onlardan hər hansı birinin
yerini dəyişdirmək mümkün deyildir. Çünki bu Quranın tərtibi ilə
bağlıdır. Tərtib isə Quranın möcüzəvi yönlərindən biridir.
Fəxrəddin ər-Razi (vəfatı-606/1209) Bəqərə surəsinin əvvəli ilə
axırı arasında əlaqə olduğunu söyləmişdir. Ona görə Allah-təala
Bəqərə surəsinə qeybə iman edən, namaz qılan və Allahın verdi-
yi ruzini başqalarına da infaq edən möminləri öyərək başlamış,
surənin sonunda da həmin möminlərin Hz. Mühəmmədin (s.ə.s)
ümməti olduğunu bildirmişdir.
Bundan başqa Vaqiə surəsinin sonu ilə Hədid surəsinin əvvəli
arasında da əlaqə olduğu söylənmişdir.
Vaqiə surəsinin son ayəsi
. ِيم ِظَعْلا َكِّبَر ِ ْس ِب ْحِّبَسسَف
“
Elə isə Uca Rəbbinin şəninə təriflər de!” ayəsidir. Bu ayənin ardın-
dan gələn Hədid surəsinin birinci ayəsində də sanki Allahın şəninə
təriflər deməsinə dəlil olsun deyə belə buyurulur:
. ُيمِكَحْلا ُزيِزَعْلا َوُهَو ِضْرأَ ْلاَو ِتاَواَم َّاسلا ِف اَم ِ َّا ِلل َحَّابَسس
“
Göylərdə və yerdə olanların hamısı Allaha təriflər deyir. O, qüdrət,
hökm və hikmət sahibidir”.
Quranın ilk surəsi ilə son surəsi arasında da digər surələrdə
olduğu kimi əlaqə vardır. Belə ki, Fatihədə Allahın sifətləri sayıl-
dıqdan sonra hidayətdən bəhs olunmuş, Nəs surəsində də hidayətə
çatmanın ancaq şeytanın şərrindən Allaha sığınmaqla mümkün
olacağı bildirilmişdir.