TƏFSİR ÜSULU VƏ TARİXİ
206
Təsəvvüf məfhumu, Quranda mövcud olmasa da, prinsip, məqsəd
və həyat tərzi kimi vardır. Quranın əxlaq, təfəkkür, zikr, təsbeh,
təhmid, təkbir... və s. məfhumlarını mütəsəvviflər araşdırmış, bu
məfhumların keçdiyi ayələri təfsir etmişlər.
Təsəvvüfün kökləri Hz. Peyğəmbərə və səhabələrə qədər gedib
çıxır. Tabeun dövründə zühd və təqva hərəkatı daha da genişləndi
və bu hərəkat müxtəlif təfsir məktəblərinin ortaya çıxdığı bir
dönəmə təsadüf etdiyi üçün mütəsəvvüflər də Quranı təsəvvüfi
çərçivədə təfsir etməyə başladılar. Beləliklə “
işari təfsir” meydana
çıxdı.
“İşarə” kəlməsi lüğətdə “b
ir şeyi göstərmək, bir şeyi üstü örtülü
ifadə etmək, kinayəli şəkildə anlatmaq” və s. mənalara gəlir. Təsəvvüf
termini kimi isə işarə, “sözdən istifadə etmədən bir məqsədi başqa-
sına bildirmək, ifadə olunması mümkün olmayan, sadəcə ilham və
kəşf yolları ilə əldə olunan bilgi və sezgi sayəsində başa düşülən
məna” deməkdir. Buna görə də təsəvvüfə eyni zamanda “işarə
elmi” də deyilmişdir.
“Sadəcə təsəvvüf ərbabının bildiyi və zahiri mənaya uyğunlaş-
dırılması mümkün olan bəzi gizli anlamlar və işarələrlə Quranın
təfsir edilməsinə isə “
işari təfsir” deyilir”. Alimləri Quranda za-
hiri məna ilə yanaşı batini mənanın da mövcud olduğunu qəbul
etmişlər. Onlara görə Quranda buna dəlalət edən nəsslər vardır.
Məsələn,
ءلُؤـَهِل اَمَف اًاثيِدَح َنوُهَقْفَي نوُد َكَي َل ِمْوَقْلا
“...
Axı bu qövmə nə olub ki, heç söz də anlamırlar”
290
və
َغَبْسسأَ�َو ًاةَنِط َبَو ًاةَرِهاَظ ُهَمَعِن ْ ُكْيَلَع
290 Nisa, 4/78.