b. Mədəni ayələr
Endiyi məkandan asılı olmayaraq hicrətdən sonra nazil olan
ayələrə də mədəni ayələr deyilmişdir. Mədəni ayələrdə işlənən
mövzuların başında siyasət və hüquq məsələləri gəlir. Bu ayələrdə
əsasən sosail nizamla əlaqədar əmrlər vardır. Belə ki, adam öldürmə,
oğruluq və zina üçün cəzalar bu ayələrlə bildirilmiş, ailə, evlənmə,
boşanma, miras və s. məsələlər bunlarla açıqlanmışdır.
Bu dövrdə nazil olan ayələrdə iqtisadi sahəyə aid bəzi qaydalar
da qoyulmuşdur. Mədinədə Məkkə dövründə fərz olunan namaza
və zəkata oruc və həcc ibadətləri də əlavə olunmuşdur. Digər dini
topluluqlarla münasibətlər haqqındakı ayələr də məhz Mədinədə
nazil olan ayələrdir. Bu ayələrdə müsəlmanların yəhudilərlə, xris-
tianalarla və digər din mənsubları ilə münasibətləri ələ alınmışdır.
46 Qaf, 50/1
47 Möminun, 23/79-90, Yasin, 36/48-54, 78-83, Saffat, 37/16-39
48 Tur, 52/7-28, 45-48, Haqqə, 69/13-37, Məaric, 70/1-16, Təkvir, 81/1-14,
İnfitar, 82/1-19, Leyl, 92/5-21, Zilzal, 99, 1-8
|