A. Ulumu-l Quranın (Quran elmlərinin) tərifi, mövzusu və sayı
“Ulumu-l Quran” ifadəsindəki“ulum” sözü “elm” kəlməsinin
cəmidir. Lüğətdə “bilmək və anlamaq” mənasına gələn bu söz termin
olaraq “məsələləri dəlilləri ilə idrak etmək” deməkdir. “Ulumu-l Quran”
deyildikdə isə “Quranın nazil olması, tərtibi, cəmi, yazılması, oxunma-
sı, təfsiri, ecaz, nasix, mənsux və s. kimi Quranla əlaqədar elmlər” qəsd
olunur.
TƏFSİR ÜSULU VƏ TARİXİ
92
Quran elmləri Quranın xətti, ləfzi və mənası, üslub və ecazı
kimi müxtəlif mövzuları əhatə edir. Bu elmləri bilməyənlər Quranı
anlaya və təfsir edə bilməzlər. Bu elmlərdən başqa Quranda bəzi
təbiət elmləri ilə əlaqədar ifadələrə də rastlaşmaq mümkündür. La-
kin bu ifadələrdən yola çıxaraq təbiət elmlərinə də Quran elmləri
deyə bilmərik. Çünki Quran bu elmlərin qanunlarını qoymaq və
onları isbat etmək üçün nazil olmamışdır.
Təbiət elmlərinin Quran elmləri sayılmaması onların İslam di-
nində əhəmiyyət verilməyən elmlər olmaları mənasına gəl məz. Ək-
sinə Qurani-kərim bu elmləri öyrənməyi, bu sahələrdə mü təxəssis
kimi yetişməyi əmr edir. Lakin bunu da unutmamaq lazımdır ki,
Quran elmləri sadəcə Quranın anlaşılmasına xidmət edirlər. Eyni
şeyi isə təbiət elmlərini üçün söyləmək qeyri-mümkündür.
Zərkəşi “əl-Burhan fi ulumil-Quran” adlı əsərində Quran elm-
lərinin qırx yeddi elmdən ibarət olduğunu və eyni zamanda bu
elmlərin sayını məhdudlaşdırmanın əslində doğru olmayacağını bil-
dirir. Suyuti isə Zərkəşinin çəkdiyi çevrəni daha da genişləndirərək
bu elmlərə astronomiya, tibb və digər elmləri daxil etmişdir.
Burada üzərində durulması lazım olan məsələlərdən biri də Əbu
Bəkir ibn əl-Ərəbinin (vəfatı-543/1148) nəql etdiyi bu rəvayətdir:
“Qurandakı hər bir kəlmənin zahir, batin, hədd (halal-haram) və
matla (vəd-vəid) deyə dörd mənası vardır”. Bu rəvayətdə İbn Ərəbi
Quran elmlərinin 77540 olduğunu yazır.
Zərqani isə Suyutinin və İbn Ərəbinin Quran elmləri haqqın-
da söylədiklərinin təvilə əsaslandığını, bunlarla tədvin edilmiş
elmlərin deyil, Quran kəlmələrindəki mənaların qəsd olunduğunu
söyləyir.
|